SON XƏBƏRLƏR

Sloveniyanın baş naziri İran xalqının mübarizəsini dəstəkləyib

2022.11.26, 11:11
Sloveniyanın baş naziri İran xalqının mübarizəsini dəstəkləyib

Gunaz.tv

"İranda getdikcə dinc etirazçılara qarşı qeyri-mütənasib zor gücün tətbiqinin şahidi oluruq və buna görə də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının İranda insan haqlarının vəziyyəti ilə bağlı bugünkü xüsusi iclası çox vacibdir",-deyə, baş nazir bildirib.

O, iranlı etirazçıların əsas hüquqlar və insan ləyaqətinə hörmət etmək üçün mübarizə apardıqlarını deyib və buna görə də onların hörmətə layiq olduqlarını söyləyib.

Sloveniyanın baş naziri İran hökuətinin etirazçılara, xüsusilə də qadın və uşaqlara qarşı amansız davranışının ən sərt şəkildə pislənilməli olduğunu vurğulayıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar