SON XƏBƏRLƏR

Lloyd Ostin: “İran ciddi danışıqlardan boyun qaçırsa, təhlükəsizliyimizi qorumaq üçün bütün seçimləri nəzərdən keçirəcəyik”

2021.11.22, 09:25
Lloyd Ostin: “İran ciddi danışıqlardan boyun qaçırsa, təhlükəsizliyimizi qorumaq üçün bütün seçimləri nəzərdən keçirəcəyik”

Gunaz.tv

Bayden hökumətinin İranın nüvə problemini diplomatik yollarla həll etməyə çalışdığını deyən Ostin deyib ki, Vyana danışıqları nəticə verməsə, Vaşinqton İrana qarşı bütün seçimləri nəzərdən keçirəcək.

“Bizim çoxumuz İran rejiminin sabitliyi pozan bəzi hərəkətlərindən, o cümlədən də onun terrorizmə və təhlükəli təmsilçi qruplaşmalara dəstəyindən, eləcə də apardığı nüvə proqramından dərin nigaranıq hissi keçiririk.  

Amerika hökuməti İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün üzərinə öhdəlik götürüb. Bununla belə biz İranın nüvə probleminin müzakirlər və diplomatik yollarla həll olunmasının tərəfdarıyıq.

Lakin xəbərdarlıq edərək bildirirəm ki, əgər İran danışıqlarda ciddi olmasa və müzakirələrdən boyun qaçırsa, biz Amerika Birləşmiş Ştatların təhlükəsizliyini qorumaq üçün lazım olan bütün digər seçim və variantları nəzərdən keçirəcəyik. 

İran bizim hamımızı ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qoyub. İran regionda və regindan kənar yerlərdə gərginliyi qızışdırır, bu isə bölgədə sülh və sabitliyin zəiflənməsinə gətirib çıxarır.

Biz istənilən məkanda və zamanda İran təhdidi qarşısında özümüzü və mənafeyimizi müdafiə edəcəyik. Kimsənin bunda şübhəsi olmasın. Biz isə bu istəqamətdə regional tərəfdaşlarımızı qorumaq üçün üzərimizə öhdəlik götürmüşük”, -deyə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Qeyd edək ki, rəsmi Tehranla Avropa Birliyi arasında əldə olunan razılığa əsasən, İranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək. 

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar