SON XƏBƏRLƏR

Lloyd Ostin: “Orta Şərqdə nüvə silahlı bir İranla heç bir problemin həlli asan olmayacaq”

2021.11.18, 12:23
Lloyd Ostin: “Orta Şərqdə nüvə silahlı bir İranla heç bir problemin həlli asan olmayacaq”

Gunaz.tv

O deyib ki, Amerika Birləşmiş Ştatları İranın nüvə silahına yiyələnməsinin qarşısını almaqda qərarlıdır və bununla bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir.

“Hesab edirik ki, Orta Şərqdə nüvə silahlı bir İranın varlığı ilə heç bir problemin həlli asan olmayacaq. Elə buna görə də, biz Amerika prezidentinin İranın nüvə proqramı məsələsinin diplomatik yollarla həll olunması üçün göstərdiyi səyini dəstəkləyirik. 

Biz həmçinin İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün üzərimizə götürdüyümüz öhdəliyə sadiqik. 

Açıq və şəffaf şəkildə bir daha bildiririk ki, biz İranın və onun təmsilçi qüvvələrinin təhdidi qarşısında özümüzün və müttəfiqlərimizin mənafeyini müdafiə edəcək, qoruyacağıq”, -deyə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar