SON XƏBƏRLƏR

"İran sürətlə qocalar ölkəsinə çevrilir"-Həmədanın cümə imamı nikah şərtlərinin yumşaldılmasını təklif edib

2021.12.25, 12:53
"İran sürətlə qocalar ölkəsinə çevrilir"-Həmədanın cümə imamı nikah şərtlərinin yumşaldılmasını təklif edib

Gunaz.tv

Məhəmməd Cavadi ölkədə və Həmədanda əhalinin sürətlə qocaldığını deyib və bunun qarşısının alınması üçün ailələri evlilik şərtlərini yümşaltmağa çağırıb.  

“Hazırda ölkəmizin əhalisi qocalmağa doğru gedir. Ailələr övladlarının ailə qurması üçün şərtləri yumşaltmalıdırlar. Bu cəmiyyətin gəncləşməsi ilə yanaşı əxlaqsızlığında qarşısını ala bilər”-deyə, cümə imamı ailələrə çağırış edib. 

Xamneyinin nümayəndəsi gənclərin iş, iqtisadi problemlər və başqa məişət çətinliklərinin həlli ilə bağlı heç bir söz deməyib.

“Ruzini verən allahdır, qorxmayın, arxayın olun və ailə qurun” deyən imam cümə evlilik sayının çoxalmasının avtomatik olaraq ölkənin digər problemlərinin həllinə təsir göstərəcəyini iddia edib. 

Bundan öncə Həmədan şəhərinin İran parlamentindəki nümayəndəsi Əhməd Hüseyn Fəllahidə əyalət əhalisində qocalma prosesinin getdiyini deyib.

O, bunun yaxın gələcəkdə ölkədə dərin iqtisadi böhrana səbəb olacağı barədə xəbərdarlıq edib.

“Doğum azalıb. İran sürətlə qocalar ölkəsinə çevrilir. Demoqrafik artımımız indi çox aşağıdır. Təəssüf ki, bir neçə il əvvəl başlayan bu proses bizim üçün təhlükəli gələcəkdən xəbər verir”-deyə, Fəllahi bildirib.

“İş yerlərinin olmaması, gənclərin iş tapmaqda çətinlik çəkməsi onların ailə həyatı qurmağa rəğbət göstərməmələrinə səbəb olur”-deyə, Həmədanın nümayəndəsi qeyd edib.

Əhməd Hüseyn Fəllahi ölkədə hökm sürən iqtisadi çətinliklərə, əhalinin, xüsusilə gənclərin mənzil problemlərinin olmasına diqqət çəkərək, cəmiyyətin demoqrafik artımının təmin olunmasını bu iki problemin həll ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma qeydə alınıb. Boşanan cütlüklər isə artıb. 

Gənclər iş təminatı olmadığı üçün ailə qurmaqdan imtina edir, ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər. 

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər həyəcan təbili çalaraq ölkədə əhalinin qocalma prosesinin sürətləndiyini bildirib.

Onlar hökuməti gənclərin ailə qurmasına dəstək üçün stimullaşdırıcı addımlar atmağa çağırıblar. 

C.E

 

امام جمعه موقت همدان: برخی هیات های مذهبی از احكام دینی تهی شده اند - ایرنا

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar