SON XƏBƏRLƏR

"İran əhalisi sürətlə qocalır"-Həmədanın millət vəkilindən təhlükə xəbərdarlığı

2021.11.06, 11:29
"İran əhalisi sürətlə qocalır"-Həmədanın millət vəkilindən təhlükə xəbərdarlığı

Gunaz.tv

O, bunun yaxın gələcəkdə ölkədə dərin iqtisadi böhrana səbəb olacağı barədə xəbərdarlıq edib.

“İndi ölkə doğum baxımından qoca ölkəyə doğru gedir. Demoqrafik artımımız indi çox aşağıdır. Təəssüf ki, bir neçə il əvvəl başlayan bu proses bizim üçün təhlükəli gələcəkdən xəbər verir”-deyə, Fəllahi bildirib.

Pensiya fondlarımızın ödənişi ildən-ilə artır, bu o deməkdir ki, pensiyaçılarımızın əhalisi ildən-ilə artır, bu tendensiya ilə bu vəsaitlərdən istifadə edənlərin sayı artır, sığorta ödəyənlərin sayı isə azalır. Əhali və işçi qüvvəsi böhranından iqtisadi böhran gələcək.

Millət vəkili təqaüdçülərin sayının ildən-ilə artdığını, təqaüd fondlarına ödənişlərin azaldığını və yaxın illərdə bunun dərin böhrana səbəb olacağını söyləyib.

O, əhalinin artımının kəskin azalması, cəmiyyətin qocalığa doğru getdiyinin əsas amillərindən birinin işsizlik olduğunu bildirib.

“İş yerlərinin olmaması, gənclərin iş tapmaqda çətinlik çəkməsi onların ailə həyatı qurmağa rəğbət göstərməmələrinə səbəb olur”-deyə, Həmədanın nümayəndəsi qeyd edib.

Əhməd Hüseyn Fəllahi ölkədə hökm sürən iqtisadi çətinliklərə, əhalinin, xüsusilə gənclərin mənzil problemlərinin olmasına diqqət çəkərək, cəmiyyətin demoqrafik artımının təmin olunmasını bu iki problemin həll ilə əlaqəli olduğunu deyib.

C.E
 

61826126.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar