SON XƏBƏRLƏR

Həmədan əyalətində on minlərlə şagird onlayn təhsil sistemindən qıraqda qalıb

2022.03.03, 07:56
Həmədan əyalətində on minlərlə şagird onlayn təhsil sistemindən qıraqda qalıb

Gunaz.tv

O, bununla yanaşı ucqar kəndlərdə yaşayan şagirdlərin durumunun daha ağır olduğunu, özünün adına tablet və ya mobil telefon olmayan şagirdlərin İranın onlayn təhsil sistemi olan “Şad” proqramında qeydiyyata alınmadıqlarını söyləyib.

Nəqəvi Universitetlərə qəbul üzrə Həmədan əyalətinin payının ölkə üzrə ortalama göstəricidən az olduğunu. 31 əyalət arasında 22-ci yeri tutduğunu bildirib.

Qeyd edək ki, Həmədan əyalətinin zəngin tarixi, iqtisadi potansiyeli və işçi qüvvəsinə baxmayaraq, hökumətin laqeyd siyasəti nəticəsində əyalətdən başqa bölgələrə köç artıb.

Əyalət valiliyinin verdiyi rəsmi statistikaya görə, özəlliklə son bir neçə ildə Həmədan kəndlərindən Tehran və başqa fars dilli böyük şəhərlərə köçün artması nəticəsində 320 kənd tamamilə boşalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar