SON XƏBƏRLƏR

Həmədan əyalətində quraqlıq davam edir

2021.10.20, 07:36
Həmədan əyalətində quraqlıq davam edir

Gunaz.tv

O, əyalətdə quraqlığın hökm sürdüyünü və yağıntıların öncəki illərə nisbətdə kəskin azaldığını deyib.

M.Sutudə 2019-2020-ci kin illərində Həmədan əyalətinə düşən yağış miqdarının 470 mm olaraq qeydə alındığını, cari əkin ilində bunun 281 mm olduğunu və bununlada öncəki əkin illəri ilə müqayisədə yağıntıların miqdarının 42% azaldığını açıqlayıb.

O, uzun müddətli müqayisədə bölgəyə düşən yağıntının 360 mm olduğuna diqqət çəkərək, uzun müddətli müqayisədə yağıntıların 22% azaldığını söyləyib.

Regional Su Şirkətinin başçısı hal-hazırda Həmədanın ən əhəmiyyətli su bəndlərindən olan “Ekbatan” bəndində su həcminin 6 milyon 350 min kubmetrə qədər azaldığını, bəndin tutumunun yalnız 19%-nın dolu olduğunu və bunun əyalətin su təminatında ciddi problemlərə yol açacağını bildirib.

Sutudə “Ekbatan” bəndi ilə yanaşı, “Abşinə”, “Şirin su” və “Kalan” bəndlərinində su ehtiyatlarının kəskin azaldığını qeyd edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar