SON XƏBƏRLƏR

Həmədanda 234 nəfər etirazçı haqqında ittihamnamə hazırlanıb

2022.11.29, 08:44
Həmədanda 234 nəfər etirazçı haqqında ittihamnamə hazırlanıb

Gunaz.tv

Həmədan əyalətin baş prokuroru Həsən Xancani jurnalistlər ilə bir araya gələrək bu barədə məlumat verib.

Həmədan əyalətin baş prokuroru Həsən Xancani indiyə qədər aksiyalar ilə əlaqədar 234 nəfər haqqında ittihamnamə hazırlandığını bildirib. 

Onun sözlərinə görə, əyalətin mərkəzi Həmədan şəhərində iki məhkəmə şöbəsi, əyalətin digər şəhərlərinin hər birində isə bir şöbə bu "dosye"lərə baxacaq.

Etirazçıları “iğtişaşçı və üsyançı” adlanıdıran prokuror məhkəmə sisteminin onlara qarşı kəskin ölçülər götürdüyünü deyib.

Baş prokuror əyalətdə nümayişlər ilə əlaqədar tutulanların 5 faizinin hələ nəzarətdə saxlanıldığını, digərlərinin sərbəst buraxıldığını söyləyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar