SON XƏBƏRLƏR

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022.07.02, 08:02
Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

Gunaz.tv

"Həmədanda bu yaz gördüyümüz toz fırtınaları insanın təbiətə müdaxiləsi, bitki örtüyünün itirilməsi, torpaqların səhralaşması və çayların məhv olması nəticəsində baş verib.

Qışda qarın azalması, yazda birdəfəlik yağıntı və leysan yağışlarının müşahidə olunması, yayda temperaturun artması əyalətdə ciddi iqlim dəyişikliyindən xəbər verir"-deyə, Məhəmmədi bildirib.

O, su qaynaqlarının tükənməsi səbəbindən iqlim dəyişikliyinin daha çox əkinçilik və kənd təsərrüfatı sahəsinə ziyan vurduğunu qeyd edib.

Həmədan əyalətinin bir zamanlar ən çox yaşıllıq zolaqlarına malik olan bölgələrdən biri olduğunu xatırladan Məryəm Məhəmmədi hazırda əyalətdə quraqlıq və səhralaşmanın baş verdiyini, onlarla bitki və heyvan növünün məhv olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyunun 26-da Həmədan əyalətinin Təbii Sərvətlər və Su Hövzələrini İdarəetmə Təşkilatının başçısı İsfəndiyar Xəzai əyalətdə səhralaşmanın sürətlə artması ilə bağlı xəbərdarlıq edib.

O, bundan öncə səhralaşmış ərazilərin sahəsinin 64 min hektar olduğu halda son bir neçə ildə bunun 103 min hektara qədər genişləndiyini deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar