SON XƏBƏRLƏR

Həmədanda 72 idman kompleksinin tikintisi yarımçıq qalıb

2021.10.20, 07:36
Həmədanda 72 idman kompleksinin tikintisi yarımçıq qalıb

Gunaz.tv

Həmid Seyfi əyalətdə uzun illərdir yarımçıq qalan idman komplekslərinin tikintisi üçün vəsait ayrılmadığını deyib.

O, bu layihələrin bir çoxunun 10-15 il bundan öncə başladıldığını və lazımi büdcə vəsasiti ayrılmadığı üçün bu günə kimi yarımçıq qaldığını söyləyib.

Seyfi bu layihələrin 45-nin əyalət səviyyəsində, qalan hissəsinin isə ölkə səviyyəsində əhəmiyyətli layihələr olduğunu qeyd edib.

“Hal-hazırda yarımçıq qalan layihələrin tamamlanması üçün 400 milyard tümən vəsaitə ehtiyac var.

Bu məbləğın 105 milyard tüməninin ödənilməsi ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Bu günə kimi yalnız 82 milyard tümən almağa nail olmuşuq”-deyə, Həmid Seyfi bu budcə ilə layihələrin tamamlanmasının mümkün olmadığını bildirib.

İdman və Gənclər İdarəsinin başçısı müxtəlif idman sahələri üçün lazım olanidman kompleks və mərkəzlərin çatışmadığı üçün bu sahədə istedadlı yeniyetmə və gənclərin yetişdirilməsi yönündə problemlər yaşandığını, onların sağlam asudə vaxt keçirmələri üçün şərayit olmadığını olmadığını söyləyib.

3917271.jpg

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar