SON XƏBƏRLƏR

Həmədanda bədbəxt hadisə: Taxıl anbarı çökdü: 1 ölü, 12 yaralı

2021.11.20, 12:21
Həmədanda bədbəxt hadisə: Taxıl anbarı çökdü: 1 ölü, 12 yaralı

Gunaz.tv

Taxıl anbarının çökməsi nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.

Bu barədə Avuc fərmandarı Nüsrətullah Əlirzayi açıqlama verib.

Onun sözlərinə görə, iki bölmədən ibarət olan taxıl anbarının bir bölməsinin inşası bitib. Çökmə işlərin davam etdiyi ikinci bölmədə baş verib.

Nəticədə skele üstündə olan 3, anbarın içində olan 10 nəfər dağıntılar altında qalıb.

O, 4 saat davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində bir işçinin meyiti ilə yanaşı 12 yaralı işçi dağıntılar altından çıxarılıb.


Məlumata görə, yaralılardan üçünün durumu ağırdır.

شهرستان آوج از نظر ابتلا به کرونا در وضعیت پاک قرار گرفت - ایرنا

İki həftə bundan öncə Həmədan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Artin Kamali son altı ay ərzində əyalətdə 17 işçinin iş qəzası nəticəsində həyatını itirdiyini, 193 işçinin isə yaralandığını deyib.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

C.E
 

پیام تبریک دکتر ارتین کمالی مدیر کل پزشکی قانونی استان همدان به مناسبت فرا  رسیدن 12 فروردین، روز

Artin kamali

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar