SON XƏBƏRLƏR

İran hökuməti iş qəzalarında ölənlərin sayını gizlədir

2021.11.03, 13:44
İran hökuməti iş qəzalarında ölənlərin sayını gizlədir

Gunaz.tv

Onların məlumatına görə, Həmədan əyalətində də iş qəzalarında ölənlərin sayı gizlədilir. 

Həmədan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı doktor Artin Kamali son altı ay ərzində əyalətdə 17 işçinin iş qəzası nəticəsində həyatını itirdiyini deyib.

O, eyni müddət ərzində üçü qadın olmaqla 193 işçinin iş yerində yaralandığına dair başçılıq etdiyi idarəyə müraciət olunduğunu qeyd edib.

A.Kəmali ölüm və yaralanma ilə nəticələnən iş qəzalarının çoxunluğunun tikinti sahəsində baş verdiyini, bunun əsas səbəbinin təhlükəsizlik qaydalarına riayət olunmaması olduğunu söyləyib.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

C.E
 

پیام تبریک دکتر ارتین کمالی مدیر کل پزشکی قانونی استان همدان به مناسبت فرا  رسیدن 12 فروردین، روز

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar