SON XƏBƏRLƏR

Həmədanda koronavirus qurbanlarının sayı artdı

2022.08.05, 11:01
Həmədanda koronavirus qurbanlarının sayı artdı

Gunaz.tv

Əlirza Toqirinin verdiyi məlumata görə, son 24 saatda daha 68 koronavirus xəstəsi tibb məntəqələrinə yerləşdirilib.

Bununla əyalət xəstəxanalarında müalicə olunan virus daşıyıcılarının sayı 367 nəfərə çatıb.

O, son sutkada daha 4 koronavirus xəstəsinin öldüyünü və bununla da əyalətdə bu xəstəlikdən ölənlərin ümüumi sayının 3362 nəfərə yüksəldiyini deyib.

Toqiri bu günə kimi Həmədan əyalətində 147 min 394 nəfərin  koronavirusa yoluxduğunu bildirib.

Bununla yanaşı İran Səhiyyə Nazirliyinin avqustun 5-ə olan məlumatına görə, İranda son sutkada 5455 nəfər koronavirusa yoluxub, 47 nəfər ölüb.

Ölkədə koronavirus qurbanlarının ümumi sayı 142 min 337 nəfərə çatıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar