SON XƏBƏRLƏR

Həmədanda aşıq festivalı keçiriləcək

2021.12.17, 11:50
Həmədanda aşıq festivalı keçiriləcək

Gunaz.tv

Bununla bağlı Mədəniyyət və İrşad İdarəsinin başçısı Əhmədrza Ehsani açıqlama verib.

"Festival muğam və Aşıq musiqisinin qorunub saxlanılması, əyalətin bu sahədəki mövcud potensialının ortaya çıxarılması və Həmədan sənətçilərinin tanıdılması məqsədilə Kəbudərahəng şəhərində keçiriləcək”-deyə, o, bildirib.
 
O, festivalda musiqi ifasi ilə yanaşı bu sahədə olan kitabların və tədqiqat əsərlərinin, məqalələrində yer alacağını və dəyərləndiriləcəyini qeyd edib. 

Qeyd edək ki, bundan öncə 2019-cu ilin fevral ayında Həmədan şəhərinin “Buəli” mədəniyyət kompleksində “Aşıqlar və Musiqilər” adlı festivalın keçirilməsi planlaşdırılmışdı. 

Festival bir sıra hökumət qurumları və panfarsist cərəyanların basqısı nəticəsində baş tutmayıb.

Festivala qatılmaq üçün mədəniyyət kompleksinə axın edən həmədanlılar içəri buraxılmayıb. 

 

حمایت از موسسات قرآنی از اولویت های اصلی ارشاد است - قدس آنلاین | پایگاه  خبری - تحلیلی

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar