SON XƏBƏRLƏR

Həmədanla bağlı xəbərdarlıq: Quraqlıq ekoloji fəlakətə aparır

2021.11.05, 09:47
Həmədanla bağlı xəbərdarlıq: Quraqlıq ekoloji fəlakətə aparır

Gunaz.tv

Mehdi Səfixani əyalətdə quraqlıq nəticəsində köçəri quşların bir bölgədə sıx toplanması nəticəsində ekoloji fəlakətin yarana biləcəyini bildirib.

O, mediaya verdiyi müsahibədə deyib ki, hökm sürən quraqlıq nəticəsində göllər quruyub və çox sayda köçəri quşlar az miqdarda suyu qalan kiçik göllərə sığınmaq məcburiyyətində qalıblar.

“Milyonlarla köçəri quşun bir yerə toplanması yolxucu xəstəliklərin yayılmasına səbəb ola bilər”-deyə, Səfixai bildirib.

Bir sıra ölkələrdə superkəskin quş qripinin yayıldığını vurğulayan Mehdi Səfixani bildirib ki, bu quşların Həmədana köç etməsi xəstəliyin bu əyalətdə də yayılma ehtimalını artırıb.

Qeyd edək ki, Həmədan əyalətində quraqlıq nəticəsində su böhranı yaranıb və əlaqədar məsullar bu barədə xəbərdarlıq ediblər.

Oktyabr ayının 18-də Həmədan Regional Su Şirkətinin mühafizə və istismar işləri üzrə sədr müavini Davud Şahsövənd deyib ki, əyalətdə su böhranı dərinləşib və bu sahədə qırmızı təhlükə siqnalı çalınıb.

O, cari yağış ilində Həmədan əyalətinə düşən yağıntı miqdarının 281 milimetr olduğunu, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 42% azaldığını söyləyib.

C.E

 

Açıklama yok.

Mehdi Səfixani

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar