SON XƏBƏRLƏR

Həmədanda sənaye şəhərciyi ekoloji problemlər yaradıb

2021.10.30, 10:44
Həmədanda sənaye şəhərciyi ekoloji problemlər yaradıb

Gunaz.tv

Bununla bağlı yerli əhalinin şəhər rəhbərliyi və sənaye şəhərciyi müdiriyyətinə etdikləri müraciətlər cavabsız qalıb.

Bahar və Salehabad şəhərlərində yaşayan vətəndaşlar Sənaye Şəhərciyinin salınmasının işsizlik probleminin həlli üçün müsbət təsir göstərəcəyinə sevinsələrdə, sonradan şəhərciyin yaratdığı problemlərə görə məyus olduqlarını deyiblər.

Özünü Abdullahi kimi təqdim edən və Baharın “Fərhəngiyan” qəsəbəsində yaşadığını deyən yerli sakin, “Mehr” xəbər agentliyinin yerli müxbirinə verdiyi müsahibədə hər gecə saat 12-dən sonra yayılan qoxu səbəbindən boğuduqlarını və təmiz hava üzünə həsrət qaldıqlarını söyləyib.

Başqa sakin Rzayi isə qapı-pencərələrini aça bilmədiklərini və yayılan qoxudan davamlı olaraq əziyyət çəkdiklərini qeyd edib.

Bahar şəhərinin fərmandarı Ehsan Qənbəri problemlə bağlı verdiyi açıqlamada yayılan qoxunun Sənaye Şəhərciyində fəaliyət göstərən 11 müxtəlif zavodun istehsal prosesi ilə əlaqədar olduğunu bildirib.

“İki turşu (asid) zavodu, Karton fabriki, göbələk istehsalı zavodu, quş gübrəsi anbarı, izoqum istehsalat bölmələri, mal-qara və quş kəsimi bölmələrinin fəaliyyətləri ətrafda pis qoxunun yayılmasına səbəb olur –deyə, Qənbəri açıqlama verib.

Əhalinin etirazlarına görə bölgədən görüş keçirən Bahar və Kəbudərahəng şəhərlərinin İran parlamentindəki nümayəndəsi Zəbihullah Təvəssüli isə “bu istehsalat bölmələrində qoxuların şəhərə yayılmasının qarşısını almaq üçün təmizləyici qurğular olmalıdır”-deyə, fikir bildirib və problemin həlli ilə bağlı hər hansı tədbir görüləcəyindən damışmadan şəhərcikdən gedib.

Həmədan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Həmidrza Mətin isə problemin yaranmasında küləyi günahlandırıb.

“Təəssüflə küləyin əsmə istiqaməti yaşayış yerlərinə doğru olduğu üçün Sənaye Şəhərciyindən qalxan tüstü və qoxunu ətrafa yayır və əhalinin narahatlığına səbəb olur”-deyə, Mətinin verdiyi açıqlama hamını təccübləndirib.

Həmədan əyalətinin Ətraf Mühitin Mühafizə İdarəsinin rəhbəri Möhsün Cəfərinəjad da, başqa məsullar kimi ekoloji problemin mənbələrinin müəyyən edildiyini desədə məsələnin həlli ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib.

C.E   
 

بوی نامطبوع در بهار آسایش مردم را گرفت/ کارگروه ویژه تشکیل شد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar