SON XƏBƏRLƏR

Həmədanda “Zəfər” məktəbinin tarixi binası məhv edilib

2021.10.20, 07:36
Həmədanda “Zəfər” məktəbinin tarixi binası məhv edilib

Gunaz.tv

Bu barədə mətbuata Həmədan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Əli Malmir məlumat verib. 

O, bildirib ki, yüksək tarixi və mədəni dəyəri olan “Zəfər” məktəbinin binası əlaqədar qurumlara bilgi verilmədən gizlicə uçurdularaq yox edilib.

“Tarixi və mədəni dəyəri olan tikililər barədə əsasən Həmədan bələdiyyəsinə məlumat verilir. Bu isə bir çox hallarda Məədəni İrs Təşkilatının müdaxiləsinə icazə vermədən tarixi tikililərin uçurulması ilə nəticələnir”-deyə, Malmir Həmədan bələdiyyəsinin tarixi abidələrə qarşı məsuliyyətsiz davranışını qınayıb.

Əli Malmir Həmədan şəhərinin tarixi quruluşunun ümumdünya mədəni irs siyahısına salınması üçün hazırlıq işləri gördüklərini, belə bir şərayitdə bələdiyyənin tarixi tikililərə qarşı laqeyd davranışının anlaşılmaz olduğunu qeyd edib.

Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Həmədan şəhərinin eradan öncədən başlayaraq tarixi abidələr və mədəni əsərlərlə zəngin olduğuna diqqət çəkərək, əlaqədar qurumların, o cümlədən bələdiyyə idarəsinin məsuliyyətsiz davranışlarının buna xələl gətirdiyini söyləyib.

Başçı “Zəfər” məktəbi binasının dağıdılması prosesinin Mədəni İrs Təşkilatından gizli həyata keçirildiyini deyərək, bir çox dövlət qurumlarının tarixi abidələrə əhəmiyyət vermədiklərini bildirib.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə. əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Hal-hazırda Həmədan şəhərində 35 tarixi tikili və ev var. Onlar bələdiyyə idarəsi və başqa dövlət qurumlarının laqeydliyi ucbatından dağıdılmaq təhlükəsi ilə qarşılaşıblar.

C.E    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar