SON XƏBƏRLƏR

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021.12.07, 09:28
Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

Gunaz.tv

Onun verdiyi məlumata görə, “Pir Süleyman” bölgəsində qanunsuz qazıntı aparan tarixi əşya və əsər qaçaqmalçıları saxlanılıb. 

Tarixi əşya qaçaqmalçılarının tarixi bölgədə yerləşən evlərdən birində qazıntı apardıqlarını deyən Kamran Əkbəri bildirib ki, onlar Mədəni İrs, Turuzm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. 

O, saxlanılanların və onlara aid qazıntı avadanlıqlarının barələrində cinayət işi açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini deyib. 

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə, əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Əyalətdə tarixi abidələrin çox olması, onların qorunmasına yetərincə diqqət ayrılmaması tarixi əşya qaçaqmalçıları abidələrin ərazisi və tarixi yerlərdə qanunsuz qazıntı aparmağa həvəsləndirir.   

C.E

اداره کل میراث فرهنگی،گردشگری و صنایع دستی استان همدان > درباره ما > معرفی  مدیران

Kamran Əkbəri Şayeqan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar