SON XƏBƏRLƏR

Həmədanda “Sərdar Həmədani” körpüsünün inşası yarımçıq qalıb

2021.12.23, 14:35
Həmədanda “Sərdar Həmədani” körpüsünün inşası yarımçıq qalıb

Gunaz.tv

Bu barədə Həmədan Şəhər Şurasının Abadlıq və Texniki Komissiyasının başçısı Mehdi Heydəri açıqlama verib. O, layihənin yarımçıq qalmasının səbəblərindən danışıb.

Yarımçıq layihənin şəhərin nəqliyyat trafikinə mənfi təsir göstərdiyini deyən Heydəri bu günə kimi büdcə təminatı ilə bağlı verilən vədlərin heç birinin özünü doğrultmadığını qeyd edib. 

“Təəssüflər olsun ki, bürokratik problemlərin aradan qaldırılmasına, sənədləşdirmə işlərinin təkmilləşdirilməsinə, protokolların tərtib edilməsinə belə əhəmiyyət verilməyib”-deyə, Mehdi Heydəri əlaqədar qurumlara müraciətlərinin cavabsız qaldığını bildirib. 

O, körpünün yarımçıq buraxılmasının şəhər əhalisinin narazlığı ilə qarşılandığını və bütün müraciətlərin onlara ünvanlandığını deyən Şəhər Şurasının komissiya başçısı başqa qurumların məsuliyyətdən yayınmağa çalışdıqlarını söyləyib. 

Məsələyə münasibət bildiriən podratçı şirkətin rəhbərliyi körpünün tikintisi üçün gördükləri işə görə 17 milyard tümən borclarının bələdiyyə tərəfindən ödənilmədiyini və belə vəziyyətdə işi davam etdirmək iqtidarında olmadıqlarını deyib. 

Qeyd edək ki, Güney Azərbaycanın başqa əyalətlərində olduğu kimi, Həmədan əyalətində də yüzlərlə layihə vəsait çatışmazlığı ucbatından yarıımçıq qalıb və hökumətin layihələrin tamamlanması ilıə bağlı verdiyi vədlər yerinə yetirilməyib. 

 

تصویب طرح دوفوریتی نصب تابلوی روزشمار برای پروژه‌های شهری - عصر همدان

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar