SON XƏBƏRLƏR

Həmədanda 6 il öncə təməli qoyulan Xərçəng Xəstələrini Müalicə Mərkəzinin tikintisi yarımçıq qalıb

2021.12.27, 13:55
Həmədanda 6 il öncə təməli qoyulan Xərçəng Xəstələrini Müalicə Mərkəzinin tikintisi yarımçıq qalıb

Gunaz.tv

Qeyd edək ki, təmalqoyma mərasimində k​​​​​​eçmiş prezident Həsən Ruhani və onun hökumətinin səhiyyə naziri də iştirak etmişdi.

Ölkənin qərb bölgələrində xərçəng xəstələrinin müalicəsi üçün nəzərdə tutulan layihə 24 min kvadrat metr sahədə, 150 milyard tümən vəsait hesabına başa gəlməli idi.

Yerli media fəallarının yaydığı məlumata görə, 5 ay öncə bir hissəsinin açılışı olan mərkəzdə xərçəng xəstələrinin müalicəsi üçün heç bir avadanlıq və şərayitin olmaması səbəbindən bu günə kimi xəstə qəbulu baş tutmayıb.

Onlar problemin həlli, avadanlıqların quraşdırılması və mərkəzin başqa bölmələrinin tikintisinin başa çatdırılması üçün Həmədan Tibb Elmləri Universitetinin yerli xeyriyyəçilərin fondu olan “Fərşçiyan” fonduna müraciət etdikləri bildirirlər.

Qeyd edək ki, bundan öncə yarımçıq istifadəyə verilən bölmənin başa gəlməsi üçün lazım olan vəsaitin əhəmiyyətli hissəsi də yerli xeyriyyəçilərin ianələri hesabına reallaşıb.

Qeyd edək ki, Güney Azərbaycanın başqa əyalətlərində olduğu kimi, Həmədan əyalətində də yüzlərlə layihə vəsait çatışmazlığı ucbatından yarıımçıq qalıb və hökumətin layihələrin tamamlanması ilə bağlı verdiyi vədlər yerinə yetirilməyib. 

C.E 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar