Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib

27.10.2021, 20:17

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Arif oğlu Hümbətovun İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Mərasimdə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinin nümayəndələri, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin atası Arif Hümbətov deyib ki, şəhid oğlunun vətənpərvərliyi, cəsurluğu simasından oxunurdu: “Azad tank tağımı komandiri idi.

O, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olub. Dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Ancaq özü şəhid oldu. İndi ondan mənə qalan bir gülüşü oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, Şəhid Azad Hümbətov 1996-cı il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib. Müharibənin başladığı ilk günlərdən A.Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edib.

Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. 

Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşüb, ayağından yaralanıb. Lakin buna baxmayaraq, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayıb və yaralı döyüş yoldaşını 25 km belində daşıyaraq meşə ərazisinə gətirib.

İki gün yaralı halda döyüş yoldaşını daşıyaraq öz postlarına gətirib çıxara bilib. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığından müalicə olunması üçün Beyləqana göndəriblər. Lakin A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdıb.

Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutub.

A.Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olub və İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Hümbətov Azad Arif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, eləcə də “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 4 bəluc dara çəkilib

2021-12-09

gun az article

İranda tələbə fəalı Leyla Hüseynzadə həbs edilib

2021-12-09

gun az article

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib

2021-12-09

gun az article

Ağdam və Cəbrayılda məktəb tikintisinin layihələndirmə prosesi başlayıb

2021-12-09

gun az article

Şuşada iki nəfər minaya düşərək ölüb

2021-12-09

gun az article

“Röyters”: “Amerika və İsrail İranın nüvə təsisatlarına hücum üçün təlim-məşqlərin keçirilməsi barədə məsləhətləşmələr aparacaqlar”

2021-12-09

gun az article

“Walla News”: “İranın Laziqiyyə limanına göndərdiyi silah-sursatın 70 faizi hava hücumunda məhv edilib”

2021-12-09

gun az article

Böyük Britaniya: “Hazırkı müzakirələr İranın nüvə razılaşmasına qayıtması üçün son fürsətidir”

2021-12-09

gun az article

Sabah XİN başçılarının müavinləri görüşəcək

2021-12-09

gun az article

Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya uğrayır

2021-12-09

gun az article

Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq

2021-12-09

gun az article

Bu gün Vyanada yenidən nüvə danışıqları başlayır: İran 5 şərtlə danışıqlar masasına qayıdır

2021-12-09

gun az article

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

2021-12-09

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

2021-12-09

gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08