SON XƏBƏRLƏR

Macarıstan 17 iranlı tələbəni ölkədən deportasiya edib

2021.10.20, 07:36
Macarıstan 17 iranlı tələbəni ölkədən deportasiya edib

Gunaz.tv

GünAz TV: Macarıstan 3 iranlı tələbənin ölkədən qovulmasının ardınca 14 tələbənin də deportasiya edilməsi ilə bağlı qərar qəbul edib.

 

İran Xarici İşlər Nazirliyinin məsələyə qarışmasından sonra Macarıstan hökuməti 14 tələbənin deportasiya məsələsini təxirə salmış və bu istiqamətdə yekun rəyi Apellyasiya Məhkəməsinin verəcəyini bəyan etmişdi.

 

Lakin ötən həftə Macarıstanın Miqrasiya Məhkəməsi sözügedən tələbələrin ölkədən deportasiya edilməsi barədə qərar qəbul edib.

 

Bir müddət əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Budapeştdə karantinə alınan 40 iranlı tələbə ilə tibbi personal arasında qarşıdurma, hətta dava-dalaş yaşanıb. Saxlanma şəraitlərinə etiraz edən tələbələr xəstəxananın maddi-texniki bazasının aşağı səviyyədə olduğunu iddia edirdilər. Qarşıdurmanın ardınca 3 tələbə miqrant düşərgəsinə göndərildikdən dərhal sonra İrana geri qaytarılmışdılar.

 

Məsələ ilə əlaqədar İran Xarici İşlər Nazirliyi Macarıstanın Tehranda akkreditə edilmiş səfirinə rəsmi Tehranın notasını təqdim etmişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar