SON XƏBƏRLƏR

Mahmud Vaizi: “Hər 3 sistemin rəhbərinin iclasında çirkli pulların yuyulmasıyla bağlı layihələr qəbul edilib”

2021.10.20, 07:36
Mahmud Vaizi: “Hər 3 sistemin rəhbərinin iclasında çirkli pulların yuyulmasıyla bağlı layihələr qəbul edilib”

Gunaz.tv

GünAz TV: İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi çirkli pulların yuyulmasıyla bağlı layihələrin hökumətin 3 sisteminin rəhbərinin iclası zamanı qəbul edildiyini, fikir bildirmək üçün “dini lider”ə təqdim edildiyini deyib.

 

Mahmud Vaizi “dini lider” Əli Xamneyinin bu layihələr haqqında nə düşündüyünü bilmədiyini qeyd edib.

 

Lakin son günlər ərzində rəsmilər Xamneyinin layihələrə baxışı barədə ziddiyyətli fikirlər səsləndirirlər. İranın vitse-prezidenti İshaq Cahangiri Xamneyinin layihələrə müsbət yanaşdığını və onları təsdiqlədiyini desə də, Ali Məsləhət Şurası “dini lider”in bu xüsusda hələ ki, öz fikrini bəyan etmədiyini bildirmişdi.

 

Bir neçə gün öncə isə prezident Həsən Ruhani sözügedən layihələrin qəbul edilməsinə bəzi qüvvələrin maneə törətdiyini dilə gətirmişdi.

 

Oktyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da İranda uzun müddətdir FATF layihələrilə bağlı gedən müzakirələrə münasibət bildirmişdi. O qeyd etmişdi ki, rəsmi Tehran çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsilə mübarizə sahəsində ciddi olmuş olsaydı, bu layihələri çoxdan qəbul edərdi.

 

Qeyd etmək lazımdır ki, FATF layihələrinə qarşı çıxanlar Əli Xamneyiyə yaxın olan siyasətçilərdir və onlar bu layihələrin İranın Həmas və Hizbullah kimi terror qruplaşmalarına etdiyi hərbi və maddi yardımlarının qarşısını alacağını deyirlər.

 

Mahmud Vaizi layihələrin qəbul edildiyi görüş dediyi toplantı 3 Sistemin Koordinasiya Şurasıdır və o, ötən il Əli Xamneyinin fərmanı ilə yaradılıb. Bu Şuranın qəbul etdiyi qərarların qanun kimi qəbul edilməsi İran Milli Məclisinin bəzi deputatlarının narazılığı ilə müşahidə edilir.

 

Digər tərəfdən, Konstitusiyaya Nəzarət Şurası İranın Transmilli Mütəşəkkil Cinayətkarlıq, eləcə də Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Konvensiyaların qəbulunu rədd etmişdi. Daha sonra bu Konvensiyalar araşdırılmaq üçün Ali Məsləhət Şurasına təqdim edilsə də, qurum bu günə qədər onlarla bağlı mövqeyini açıqlamayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar