Makı şəhərində PKK terrorçuları bir nəfəri oğurlayıb

08.05.2019, 02:20

GünAz TV: PKK terror qruplaşması Qərbi Azərbaycanın sərhədyanı Makı şəhərinin “Dem Qışlaq” kəndində bir nəfəri oğurlayıb.

 

Bu barədə Güney Azərbaycanın yerli mətbuatında xəbər yayılıb.

 

“Dem Qışlaq” kəndinin sakinlərindən biri xəbəri təsqdiqləyərək bildirib ki, Yusif oğlu Tacəddin Mirzayi Atəşgah adlı bir kişi ötən cümə günü PKK terrorçuları tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılıb.

 

Oğurlanan şəxsin ailəsinin dediyinə görə, terrorçular onlarla əlaqə saxlayaraq sözügedən şəxsi buraxmaq üçün 500 milyon tümən məbləğində pul tələb ediblər.

 

PKK terror təşkilatının Qərbi Azərbaycan Əyalətində  terror aktı törətməsi və insan oğurlamasına dair çoxlu faktlar var. PKK Qərbi Azərbaycan əyalətinə göz tikən digər kürd terror qruplaşmaları ilə birlikdə bölgənin kürdləşdirilməsi prosesini həyata keçirmək məqsədi ilə Azərbaycan türklərinə müxtəlif yollarla, o cümlədən terror aktları törətməklə təzyiq göstərir. Bölgənin demoqrafik tərkibinin dəyişdirilməsi İran rejiminin də gündəmində olduğu üçün terror qruplaşmaları bu vəziyyətdən sui-istifadə edir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xarkova raket zərbələri: yaralılar var

2022-12-09

gun az article

Dekabrın 12-də İrana sanksiyalar gözlənilir

2022-12-09

gun az article

Makronun bu çıxışı NATO ölkələrini qəzəbləndirdi

2022-12-09

gun az article

Sülhməramlıların ailələri Qarabağa köçürülür?

2022-12-09

gun az article

Blinken ABŞ-ın Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb

2022-12-09

gun az article

BMT-dən Ukrayna açıqlaması - Bu, fəlakətə səbəb olacaq

2022-12-09

gun az article

İtaliya İranda aksiyada iştirak edən şəxsin edam edilməsindən hiddətlənib

2022-12-09

gun az article

Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”

2022-12-09

gun az article

Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

2022-12-08

gun az article

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

2022-12-08

gun az article

İranda öldürülən etirazçı sayı 475-ə çatdı

2022-12-08

gun az article

“Utelsat” İranın “Press TV” kanalının yayımını dayandırır

2022-12-08

gun az article

Zelenski İran PUA-larını zərərsizləşdirən hərbi pilota "Ukrayna qəhrəmanı" adını verib

2022-12-08

gun az article

Zəfər paradı dünyaya verilən aydın mesaj idi - Deputat

2022-12-08

gun az article

ABŞ Senatı İrana qarşı yeni sanksiya layihəsini təsdiq edib 

2022-12-08

gun az article

İranda daha iki məhbus edam edilib

2022-12-08

gun az article

"Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi İrana mesajdır"-Hərbi ekspert-VİDEO

2022-12-08

gun az article

Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq

2022-12-08

gun az article

Dekabrın 7-i gecə saatlarında İranda etiraz aksiyaları davam edib

2022-12-08

gun az article

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

2022-12-08