SON XƏBƏRLƏR

Makının tarixi məkanlarını ziyarət edən turistlərin sayı artıb

2021.10.20, 07:36
Makının tarixi məkanlarını ziyarət edən turistlərin sayı artıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın sərhədyanı Makı şəhərində tarixi məkanları ziyarət edən daxili və xarici turistlərin sayı artıb.

 

Bu barədə Makının Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi Əli Xurablı mətbuata məlumat verib.

 

“Martın 20-dən aprelin 4-dək 15 min 600 turist Bağçacıqda yerləşən Makı sərdarının sarayına baş çəkib, onlardan 40-ı xarici vətəndaşlar olub.

Həmin müddətdə Qaban qalasını 2 min 760 nəfər, Səngər kəndində yerləşən Fərhad damını isə 1765 nəfər ziyarət edib.

Həmçinin Novruz bayramı günlərində tarixi “Kolah Ferengi” binasına 1950 nəfər, Bəhram Mistofinin antropologiya və nostalji hisslər mövzusunda keçirdiyi fərdi sərgiyə isə 1300 turist baş çəkib.”- deyə o bildirib.

 

Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi Makının Poldəşt məntəqəsində yerləşən Pörnək kəndinin tarixi hamamının 1250 turist tərəfindən ziyarət edildiyini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın əksər məntəqələri təbii və tarixi abidələri ilə məşhurdur. Turistlər üçün cazibədar olan bölgələrin əhalisi və bəzi yerli məsullar beynəlxalq tələblər səviyyəsində turizm infrastrukturu qurmağa çalışsa da, buna hökumət tərəfindən heç bir dəstək verilmir, ona görə də bölgədə turizm sektorunu inkişaf etdirmək mümkün olmur.

 

Qaban qalası

 

 

"Kolah ferengi" binası

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar