Makunun tarixi binaları özəl sektora verilib

2021-06-05 13:10

Güney Azərbaycanın Maku şəhərinin tarixi tikililəri özəl sektorun istifadəsinə verilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qərbi Azərbaycanın Mədəni İrs, Turizm və Əl İşləri Baş direktoru Cəlil Cabbar məlumat verib. Onun sözlərinə görə, Makunun “Pərdisan” tarixi abidələri özəl sektora hərrac yolu ilə verilib.

İran Radio və Televiziyasının Qərbi Azərbaycandan verdiyi məlumata görə, Cəlil Cabbari hərracın mütəxəssislərin iştirakı ilə keçirildiyini deyib.

“Əyalətin Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin Tarixi Abidələri Qoruma və Yenidən Qurma Palatasının əməkdaşları və  mütəxəssislərinin iştirakı ilə hərraca çıxarılan tarixi tikililər özəl bir investora təhvil verildi”-deyə, o, bildirib.

Cəlil Cabbari əlavə edib ki, anlaşmaya əsasən özəl şirkət və podratçılar yaxın iki ay ərzində tarixi tikililərin yenidən qurulması, dizaynı və təmiri üçün Makuya gələcək.

Baş direktor “Pərdisan” kompleksinin yenidən qurulması və təmiri üçün külli miqdarda vəsaitin lazım olduğunu deyib.

Onun sözlərinə görə bunun büdcədən vəsait ayrılmayıb. Buna görə də ölkənin Tarixi Abidələri Qoruma və Yenidən Qurma Palatası bu tikililərin özəl şirkətə verilməsi barədə qərar qəbul edib.

Pərdisan Milli Bank, Darayi (maliyyə) və "Şiri Xurşid" binalarından ibarət qədim kompleksdir.

Qeyd edək ki, bundan öncə də Güney Azərbaycanın bir sıra bölgələrində yerləşən tarixi abidə və tikililər özəl sektora təhvil verilib. 

Bu abidələrin qorunması və təmiri üçün büdcədən vəsait ayrılmadığı üçün onlar özəl şirkətlərə verilir və təmirdən sonra tikililərdən hotel, restoran və sair xidmət sektorunda istifadə olunur.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24