SON XƏBƏRLƏR

MALAYZİYADA MÜXALİFƏT LİDERİ ZORLAMADA İTTİHAM OLUNUR.Keçmiş baş nazir Ənvər İbrahim təqiblərdən xilas olmaq üçün Türkiyə səfirliyinə sığınıb

2021.10.20, 07:36
MALAYZİYADA MÜXALİFƏT LİDERİ ZORLAMADA İTTİHAM OLUNUR.Keçmiş baş nazir Ənvər İbrahim təqiblərdən xilas olmaq üçün Türkiyə səfirliyinə sığınıb

Gunaz.tv
MALAYZİYADA MÜXALİFƏT LİDERİ ZORLAMADA İTTİHAM OLUNUR Keçmiş baş nazir Ənvər İbrahim təqiblərdən xilas olmaq üçün Türkiyə səfirliyinə sığınıb Malayziyada keçmiş baş nazir Ənvər İbrahim hakimiyyətin ona qarşı təqiblərindən xilas olmaq üçün Türkiyənin bu ölkənin paytaxtı Kuala-Lumpurdakı səfirliyinə sığınıb. Bu barədə “Röyter” agentliyinə onun rəhbərlik etdiyi müxalifət partiyasının nümayəndəsi Tian Çua məlumat verib. O deyib ki, müxalifət lideri həyatı üçün təhlükə görərərək səfirliyə sığınıb və İbrahim Türkiyə səfirliyindən siyasi sığınacaq istəməyib. Məlumata görə, ölkə hüquq-mühafizə orqanları İbrahimi cinsi təcavüzdə ittiham edir. İddialara görə o, köməkçisi olan kişi ilə cinsi əlaqəyə girib. İbrahim bu iddiaları rədd edir və hökumət tərəfindən siyasi motivlə təqib olunduğunu bildirir. Siyasət şöbəsi musavat ---------------------------------------------------------------------- ZİMBABVEDƏ ROBERT MUQABE SƏSLƏRİN HAMISINI ALIB Onun təkbaşına qatıldığı seçkinin nəticələri tanınmır Zimbabvenin dövlət başçısı Robert Muqabe növbəti prezident seçkisində qələbə çaldığını elan edib. O, səslərin böyük hissəsini qazandığını deyib. Zimbabve seçki komissiyasının yaydığı məlumata görə, səslərin hesablanması başa çatmasa da Muqabeyə seçicilərin 90 faizdən çoxunun səs verdiyi şübhə doğurmur. Qalan səslərin kimə verildiyi isə müəmmalı qalır, çünki seçki bülletenlərində Muqabedən başqa heç kimin adı yox idi. Müxalifətin namizədi, seçkilərin birinci turunda Muqabedən çox səs yığan Morqan Çanqiray tərəfdarlarına qarşı zorakılıqlardan sonra seçkidə iştirakını dayandırmalı olub. Məlumatlara görə, beynəlxalq aləm seçkinin ikinci turunu pisləyib. ABŞ prezidenti Corc Buş deyib ki, Birləşmiş Ştatlar Zimbabveyə sanksiyalar tətbiq edəcək. BMT-nin Təhlükəsizlik Şurası da seçkinin nəticəsindən təəssüfləndiyini bildirib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar