“Marağa Rəsədxanası baxımsız vəziyyətdədir”

27.07.2019, 10:42

GünAz TV: Güney Azərbaycanda tarixi Marağa Rəsədxanası dövlətin diqqətindən kənarda qalaraq baxımsız vəziyyətdədir. Turistlərin rəsədxanaya getmək üçün istifadə etdiyi yol belə təxrib olunub. Tarixi məkanda təcili olaraq təmir-bərpa işlərinə ehtiyac var.

 

“Gənc Müxbirlər Klubu”nun yaydığı məlumata əsasən, Tehrandan Rəsədxananı görməyə gələn Həsənzadə adlı bir turist tarixi məkanın yolunun acınacaqlı vəziyyətdə olmasını kəskin tənqid edib.

 

“Bu yol belə bir tarixi məkana uyğun deyil. Bu vəziyyətdə turistlər rəsədxananı ziyarət etməyə rəğbət göstərməz.

Mən bu tarixi əsəri görüncə çox həyəcanlandım. Lakin bir nəfər tapılmadı ki, onun barəsində bizə məlumat versin.”- deyə o bildirib.

 

Şərqi Azərbaycandan olan universitet müəllimi ustad Faxeri isə deyib: “Marağa Rəsədxanası ölkədə elmlə bağlı  turizmin qütbü ola bilər. Təəssüflə mən 4-cü dəfərdir ki, buranın öz başına buraxıldığına şahid oluram. Yerli məsullar vəsait çatışmazlığını bəhanə etmədən bu məkanın problemlərini aradan qaldırmağa çalışmalıdır.”

 

Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şökri də bu məsələyə münasibət bildirib:

“Dünya şöhrətli Marağa Rəsədxanası düzgün qorunub saxlanılmır. Tarixi məkana gəlmək üçün istifadə olunan yol da yağıntılar nəticəsində təxrib olunub və avtomobil qəzalarının baş vermə ehtimalını artırıb.

Xacə Nəsirəddin Tusi tərəfindən tikilən rəsədxana vaxtı ilə Çin, Hind, Səmərqənd və İstanbul rəsədxanalarının tikilməsi üçün nümunə sayılıb. İndi bu dəyərli tarixi əsərin bu vəziyyətdə saxlanması böyük təəssüf doğurur.”

 

Həmid Şökri əlavə edib ki, Marağada təxminən 500 təbii və tarixi əsər var, onlardan yalnız 300-ü ölkənin milli əsərlər siyahısına salınıb. Hesab eliyirəm ki, bu əsərlərə, xüsusi ilə də Marağa Rəsədxanasına daha çox diqqət yetirilməlidir.

 

Marağa Rəsədxanası 800 il əvvəl Xacə Nəsirəddin Tusinin səyi nəticəsində tikilib. Bu əsər islam dünyasının birinci universiteti kimi xatırlanır.

İranda həndəsə, riyaziyyat və digər elmi sahələrdə bir çox nailiyyətlər məhz Marağa Rəsədxanasının sayəsində mümkün olub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022-08-09

gun az article

Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09

gun az article

Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

2022-08-09

gun az article

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

2022-08-09

gun az article

“Parlaq gələcək”də müzakirə: “İran terrorçuluğunda yeni gəlişmələr” və “Şuubiyyə, Məhərrəmlik və pan-İranizmin tavrları”- VİDEO

2022-08-09

gun az article

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

2022-08-09

gun az article

Əhərdə işsizlərin sayı artıb

2022-08-09

gun az article

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

2022-08-08

gun az article

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022-08-08

gun az article

"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib-FOTO

2022-08-08

gun az article

Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

2022-08-08

gun az article

"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

2022-08-08

gun az article

Azadlıq səsi: “Güney Azərbaycan azadlıq hərəkatının terror təşkilatlarına mövqeyi”-VİDEO

2022-08-08

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “İranın Quzey Azərbaycanı qarışdırma siyasəti”- VİDEO

2022-08-08

gun az article

Ərdəbilin parça fabrikində yüzlərlə işçinin əmək haqqı ödənilmir

2022-08-08

gun az article

Salmas zindanında məhbuslar ağır durumda saxlanılır

2022-08-08

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı afişalar yayılıb

2022-08-08

gun az article

Güneyli məhbus rejissor Cəfər Pənahi koronovirusa yoluxub

2022-08-08

gun az article

Güneyli fəal müvəqqəti azadlığa buraxılıb

2022-08-06

gun az article

“Yasir əl-Həbib Qasım Süleymaninin adamlarındandır”-Əhməd Obalı-VİDEO

2022-08-06