Marağada Yaxın Şərqin “fosil cənnəti" məhv edilir-FOTOLAR

2021-04-21 11:10

Güney Azərbaycanın Marağa bölgəsində yaşı çox qədim olan arxeoloji abidələr, qazıntı yerləri yox olmaq üzrədir.

Gunaz.tv Quote | Gunaz article

İran hökuməti bu bölgədə qədim abidələrin tədqiqatına büdcə vəsaiti ayırmadığı üçün nadir tarixi nümunələr məhv olur.  

 

Qeyd edək ki, İran və Orta Şərqin “fosil cənnəti” kimi tanınan Marağa fosil bölgəsi, paleontoloji tədqiqatlar üçün ən vacib mərkəzlərdən biri sayılır.

Yerli və xarici tədqiqatçılar tərəfindən fosil sahəsində araşdırmalar üçün ən əlverişli və əhəmiyyətli yerlərdən biri sayılan bölgənin 7 ilə 12 milyon il arası tarixi olduğu təxmin edilir.


 
Mütəxəssislərin bildirdiyinə görə, Marağa fosil bölgəsində qılınc dişli qaplanlar, qurdlar, ayılar, həmçinin maral və zürafələr, fillər, antiloplar da daxil olmaqla müxtəlif növ ətyeyənlər və pişiklər aşkar edilib.

 

1026 hektar ərazisi olan Marağa fosil sahəsi, 2004-cü ildə Səhənd dağı bölgəsinin fosil bölgəsinin tərkib hissəsi olaraq təbii və milli sərvətlər siyahısına salınmasına baxmayaraq elmi və tarixi əhəmiyyətli bölgənin saxlanılması və tədqiqi üçün heç bir vəsait ayrılmayıb.

Bölgənin milli və təbii sərvətlər siyahısına salındığı vaxtlar Marağa “Fosil cənnəti”ndə fosillərin qorunması və araşdırılması üçün Səhra Muzeyi və İran Fosil Tədqiqatları Binasının yaradılmasına söz verilsə də, bu günə kimi bu layihənin reallaşması istiqamətində heç bir addım atılmayıb.

 

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəsmilərinin dediyinə görə, bu bölgədəki elmi tədqiqatlar və qazıntılar 200 illik bir tarixə malikdir. 

Vərziğan, Şəbistər, Sərəskənd (Həştrud) və Culfa fosil bölgələri ilə birlikdə paleontologiyanın ən vacib mərkəzlərindən və mənbələrindən biri sayılır.

 

Bu ərazidə ümumilikdə 1500 kvadratmetr qazıntı işləri aparılıb, ərazidəki beş fosil sahəsindən 1330 fosil parçası aşkar edilərək müəyyənləşdirilib və 370 detal arxivə göndərilib.
Marağa fosil sahəsi 40 min hektardan çox çox ərazini əhatə etsə də, onun yalnız 1026 hektarı Marağanın milli və təbii fosil abidəsi kimi sənədləşdirilib.

 

Qeyd edək ki, 1840-cı ildə rus tədqiqatçısı tərəfindən aşkar edilən Marağa fosil bölgəsində səhra muzeyinin və tədqiqatlar binasının yaradılması, fosillətrin qorunub saxlanılması üçün ümumilikdə 7 milyard tümən vəsaitə ehtiyac var.

 

Ancaq on illərdir bu vəsait ayrılmadığı üçün bir sıra nadir fosillər tədqiq olunmaq və saxlanılmaq üçün başqa əyalətlərə, o cümlədən Tehran, Şiraz və İsfahan şəhərlərinə daşınır.
Bir neçə il öncə bölgədən çıxarılan və yaşı 7-8 milyon il arasında təxmin edilən fil qalıqlarının Marağa Ətraf Mühit İdarəsinin binasının həyətindən yoxa çıxması barədə Marağanın icra hakimi Bəhlul Neməti məlumat yayınlamışdı.

 

O, bu qalıqların hər birinin çəkisinin 1.5 ton olduğunu bildirmiş, bunun yalnız qaldırıcı kranlarla daşına biləcəyini, adi oğurluq halı olmadığını demişdi.

Sonradan həmin qalıqların dövlət qurumlarının vasitəsilə başqa fars dilli bölgələrə daşınması ilə bağlı faktlar təsdiqləndi.
 

C.E
 

مطالعه ایجاد دومین ژئوپارک کشور در مراغه به زودی آغاز می‌شود - ایرنا

فسیل‌های ۷ میلیون ساله مراغه، لنگ ۷ میلیارد اعتبار • Aznews TV

منطقه‌ فسیلی مراغه بهشتی برای دیرینه‌شناسان با قدمت 7 میلیون سال - گلونیفسیل‌های ۷ میلیون ساله، در انتظار ۷ میلیارد اعتبار - اسکان نيوز

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11