SON XƏBƏRLƏR

Mark Esper: "İran Amerika hərbi gəmilərini təhdid etməyə davam etsə, özünü müdafiə haqqımızdan istifadə edəcəyik"

2021.10.20, 07:36
Mark Esper: "İran Amerika hərbi gəmilərini təhdid etməyə davam etsə, özünü müdafiə haqqımızdan istifadə edəcəyik"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Mark Esper bildirib ki, İran ölkəsinin hərbi gəmilərinə qarşı təhrikamiz addımlara davam etsə, amerikalı komandanlar qanuni özünü müdafiə haqqından yararlanacaqlar.

 

O, iranlılar rəsmilərin bu aydın mesaja diqqət yetirməli olduğunu deyib. Müdafiə naziri Birləşmiş Ştatların "Sepah" terror təşkilatının Amerika hərbi gəmilərinə qarşı təhrik edici addımına dözməyəcəyini vurğulayıb.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması aprelin 15-də yaydığı bəyanatda 11 İran qayığının bu ölkəyə məxsus bir neçə hərbi gəminin arxa və qabaq tərəfindən sürətlə keçərək, təxribatçı addım etdiyini bəyan etmişdi.

 

Ötən gün ABŞ prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə bu halın davam etdiyi təqdirdə, İran qayıqlarına atəş açmaq və onları məhv etmək göstərişi verdiyini bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar