SON XƏBƏRLƏR

Mark Esper: “İranın Amerika gəmilərini saxlamasına imkan verməyəcəyik”

2021.10.20, 07:36
Mark Esper: “İranın Amerika gəmilərini saxlamasına imkan verməyəcəyik”

Gunaz.tv

GünazTV: ABŞ-ın yeni müdafiə naziri Mark Esper iyulun 24-də jurnalistlərə açıqlamasında ölkəsinin körfəzdəki hərbi dəniz qüvvələrinin varlığından və İranın beynəlxalq gəmilərə təhdidindən danışıb.

 

Esper bildirib ki, Amerika Birləşmiş Ştatlarının regiondakı ordusu mümkün təhlükənin dərəcəsini nəzərə alaraq addım atacaq: “Lazım olsa, bizim qüvvələr körfəzdə və Hörmüz boğazında gəmilərin təlükəsizliyini təmin etmək üçün istər havadan, istərsə də dənizdən hərəkətə keçəcək.

 

Biz, İranın Amerikanın ticarət gəmilərini saxlamasına və ya ələ keçirməsinə imkan verməyəcəyik. Lakin bu, Amerika hərbi gəmilərinin bizə məxsus bütün ticarət gəmiləri eskort etməsi anlamında deyil. Biz isə İranın provokativ addımlarının qarşısını almaq üçün Böyük Britaniya ilə əməkdaşlığımızı davam etdiririk” –deyə Amerikanın yeni müdafiə naziri Mark Esper əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar