SON XƏBƏRLƏR

Mark Esper: “İranlı rəsmiləri müzakirə masasına oturtmaq üçün İslam Respublikasına qarşı daha böyük koalisiya yaradılmalıdır”

2021.10.20, 07:36
Mark Esper: “İranlı rəsmiləri müzakirə masasına oturtmaq üçün İslam Respublikasına qarşı daha böyük koalisiya yaradılmalıdır”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mark Esper İran mövzusunda Natoya üzv ölkələrin Müdafiə Nazirləri ilə görüşmək üçün Brüsselə yola düşüb.

 

O bildirib ki, İrana qarşı daha böyük koalisiyanın yaradılmasının zəruriyyətini öz həmkarlarının diqqətinə çatdırmaq fikrindədir. Esperin sözlərinə görə, belə olduqda, iranlı rəsmiləri yenidən danışıqlar masasına oturtmaq mümkündür.

 

Esper regionda son baş verənlərin iki tərəf arasında müharibə olmadığını, beynəlxalq səviyyədə diplomatik danışıqların aparılmasını tələb edən amil olduğunu deyib.

 

ABŞ Müdafiə Nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mark Esperin Belçikaya səfəri Donald Trampın “dini lider” Əli Xamneyi və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifi də əhatə edən İrana qarşı yeni sanksiyaların qəbul edilməsi ilə bağlı imzaladığı fərmanla eyni vaxta təsadüf edir. Bu sanksiyalar ABŞ-a məxsus pilotsuz uçan aparatın “Sepah” terror təşkilatı tərəfindən Hörmüz boğazı üzərində, beynəlxalq hava məkanında vurulmasına cavab olaraq qəbul edilib.

 

Mark Esper sonda Şimali Atlantika Alyansına üzv olan ölkələrin Müdafiə Nazirləri ilə İranın PUA-nı vurması, eləcə də regionda gəmilərə edilmiş hücum ətrafında fikir mübadiləsi aparacağını bildirib. O, həmçinin əsas məqsədlərdən birinin ABŞ-ın İranla qarşıdurmaya yol aça biləcək hər bir addımın qarşısını almaq üçün qəbul edəcəyi bütün qərarlarda öz müttəfiqlərinin dəstəyini qazanmaq olduğunu deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar