SON XƏBƏRLƏR

Maşında oturaraq fəhlələrə pul paylayan İranşəhrin imam-cüməsi istefa verib

2021.10.20, 07:36
Maşında oturaraq fəhlələrə pul paylayan İranşəhrin imam-cüməsi istefa verib

Gunaz.tv

GünAz TV: İranın İmam-Cümələrin Siyasi Şurası İranşəhrin imam-cüməsi Şücaəddin Əbtəhinin "istefası"nı qəbul edib.

 

Şənbə günü axundun öz avtomobilində oturaraq, gündəlik muzd əsasında işləmək üçün yol kənarında dayanan fəhlələrin yanından keçərkən onlara pul verdiyini əks etdirən video yayılmışdı.

 

Bu görüntülər sosial şəbəkələrdə çox böyük tənqidlərə tuş gəlmişdi. İnsanlar axundun bu vasitə ilə fəhlələri təhqir etdiyini bildirirdilər. Onlar həmçinin axundların heç bir işə yaramadan bu qədər sərvətə malik olmasını, lakin işləyən əhalinin acınacaqlı vəziyyətdə olmasını kəskin tənqid etmişdilər.

 

Videonu çəkən axundun sürücüsü Əbtəhinin bu addımla gündəlik muzd əsasında çalışan və iş tapa bilməyən fəhlələrə "kömək" etmək istədiyini iddia etmişdi.


"İslam Respublikası" qəzetinin müdiri Məsih Mühaciri bu gün həmin mətbu orqanda yayınladığı yazıda Şücaəddin Əbtəhinin addımını "hörmətsizlik, şəri hökmlər, eləcə də əxlaqi dəyərlər və insan ləyaqətinə zidd" adlandırıb.

 

Qeyd etmək lazımdır ki, İranın müxtəlif bölgələrində axundlar və ya siyasətçilərin özlərinə etibar qazanmaq üçün insanlar arasında pul paylaması ötən illərdə də müşahidə edilib. Xüsusilə, Parlament seçkiləri ərəfəsində namizədlər seçiləcəkləri bölgələrdə insanlara pul paylamaqla, səs qazanmağa çalışırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar