Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08 09:27

Mayın 7-də Vyanada Birləşmiş Ştatların İranla 2015-ci ildə əldə olunan nüvə sazişinə qayıtmasını hədəfləyən yüksək səviyyəli danışıqların dördüncü mərhələsi başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Razılaşmaya əsasən İran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini azaltmağa söz vermişdi.


Danışıqların hədəfi Vaşinqtonun İrana qarşı sanksiyaları ləğv etməsi müqabilində Tehranın nüvə proqramı ilə bağlı ilk razılaşmada qoyulmuş məhdudiyyətləri bərpa etməsi üçün bir yol xəritəsi yaratmaqdır.


Danışıqlardan bir gün əvvəl ABŞ administrasiyasının yüksək səviyyəli bir rəsmisi Vaşinqtonun nüvə anlaşmasına yenidən qoşulmaq üçün atmağa hazır olduğu addımları dilə gətirib.


Mayın 6-da jurnalistlərə açıqlama verən rəsmi bildirib ki, İran yeni böyük güzəştlər gözləməməlidir və danışıqların müvəffəq və ya uğursuz keçməsi İranın bu güzəştləri qəbul etmək və razılığa uyğunlaşmaq üçün verəcəyi siyasi qərardan asılıdır.


Digər tərəfdən ABŞ Dövlət Katibi Antoni Blinken verdiyi müsahibədə bildirib ki, İranın razılaşmaya tam riayət etməsi üçün lazımi qərarlar verməyə hazır olub--olmadığı aydın deyil.


“Təəssüf ki, onlar nüvə razılaşması altlında dayandırılan nüvə proqramlarının təhlükəli hissələrini bərpa edən addımlar atmağa davam ediblər" deyə Blinken mayın 6-da NBC-ə verdiyi müsahibədə deyib.


İran xarici işlər nazirinin müavini və İran nümayəndə heyətinin rəhbəri Abbas Əraqçi mayın 1-də danışıqların üçüncü raundundan sonra deyib ki, Tehran ABŞ-dan bir çox fərdlər və qurumlar habelə neft və bank da daxil olmaqla bir çox sektora tətbiq etdiyi sanksiyaları ləğv etməsi tələbində qalmaqdadır.


Nüvə danışıqlarına paralel olaraq İran mətbuatı keçən həftə Tehranla Vaşinqton arasında hər iki tərəfdə saxlanılan məhbusların sərbəst buraxılması üçün razılığa gəlindiyini də yazıb.


Lakin Vaşinqton və London bu məlumatları, eləcə də ABŞ-ın İranın dondurulmuş aktivlərinə qoyulmuş qadağanı aradan qaldırmağı nəzərdən keçirməsi haqda xəbərləri təkzib edib və ya onlara məhəl qoymayıb. 


ABŞ razılaşmadan çıxdığı üçün Birləşmiş Ştatların nümayəndəsi danışıqlarda bir başa iştirak etmir. İştirak edən ölkələrin diplomatları İran tərəfi ilə Vyananın başqa bir yerində Vaşinqtondan gələn heyət arasında məlumat mübadiləsi aparır.


Danışıqlarda iştirak etmək üçün gedən rusiyalı nümayəndə Mixail Ulyanov Twitter-də iranlı nazirin açıqlamalarında müsbət əlamətlər gördüyünü yazıb. (amerikaninsesi.org)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12