SON XƏBƏRLƏR

Mayk Pens: “ABŞ prezidenti, dünyada terrorizmin ən böyük himayədarı olan İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək”

2021.10.20, 07:36
Mayk Pens: “ABŞ prezidenti, dünyada terrorizmin ən böyük himayədarı olan İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək”

Gunaz.tv

 GünAzTV: ABŞ-ın vitse-prezidenti Mayk Pens dekabrın 22-də jurnalistlərə açıqlamasında İranın nüvə proqramından, onun regiondakı ərəb ölkələrinə qarşı təhdidindən və beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Pens bildirib ki, İranın körfəzdəki ərəb ölkələrinə qarşı təhdidinin gündən-günə artması, bölgədə yeni ittifaq və qütblərin yaranmasına gətirib çıxara bilər: “Biz, regiondakı müttəfiqlərimizin yanında olmağımız barədə üzərimizə öhdəlik götürmüşük. İran hökumətinin bölgədə ərəb ölkələrinə qarşı təhdidinin nəticəsi olaraq regionun bir çox ərəb dövləti bir növ hərəkətə keçərək müəyyən fəaliyyətə başlayıblar. Bu isə məntəqədə yeni səflərin, ittifaq və ya qütblərin yaranmasının başlanğıcı kimi sayıla bilər.

 

İranın nüvə proqramına gəlincə, Amerika prezidenti Donald Tramp dəfələrlə təkidlə bildirib ki, o, dünyada terrorizmin ən böyük himayədarı olan İran rejiminin nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcək. Hazırda isə biz, Amerika Konqresində İrana qarşı yeni layihələrin qəbul olunmasına çalışırıq. Elə layihələr ki, İran nüvə silahına yiyələnməyə çalışarsa, Tehrana qarşı yeni və daha kəskin sanksiyaların tətbiqini mümkün etsin və onun çərçivəsini müəyyənləşdirsin”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar