SON XƏBƏRLƏR

Mayk Pens: “Amerika xalqı İran xalqının yanındadır”

2021.10.20, 07:36
Mayk Pens: “Amerika xalqı İran xalqının yanındadır”

Gunaz.tv

GünazTV: Amerika Birləşmiş Ştatları prezidentinin müavini Mayk Pens noyabrın 20-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranda molla rejiminin zülmünə qarşı baş verən xalq üsyanına münasibət bildirib.

 

Pens deyib ki, Amerika xalqı azadlıq və ədalət uğrunda mübarizə aparan İran xalqını dəstəkləyir: “İranlılar dinc etiraz bildirmək üçün küçələrə axışdığı bir vaxtda, Tehrandakı ayətullahlar xalqa qarşı repressiyalar tətbiq edərək zorakılığa əl atır, zindandan istifadə edirlər. Amerika Birləşmiş Ştatlarının isə mesajı aydındır. Amerika xalqı İran xalqının yanındadır” –deyə, Amerika prezidentinin müavini Mayk Pens əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar müxtəlif şəhərlərdə pərakəndə şəkildə davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda 106-dan çox dinc etirazçı rejim qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilib, yüzlərlə aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar