SON XƏBƏRLƏR

Mayk Pens: “Bizim avropalı tərəfdaşlarımızın Amerika ilə yanaşı İran millətinin yanında durmasının vaxtı gəlib çatıb”

2021.10.20, 07:36
Mayk Pens: “Bizim avropalı tərəfdaşlarımızın Amerika ilə yanaşı İran millətinin yanında durmasının vaxtı gəlib çatıb”

Gunaz.tv

GünazTV: Amerika prezidentinin müavini Mayk Pens fevralın 16-da Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, Avropa ölkələrinin nüvə sazişindən çıxması barədəki istəyini yenidən təkrar edib.

 

Öz çıxışında İran İslam Respublikasını beynəlxalq terrorizmə dəstək verməkdə günahlandıran Pens deyib ki, Avropa ölkələri Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirini zəiflətmək siyasətindən əl çəkməlidirlər: “Hesab edirəm ki, Bizim avropalı tərəfdaşlarımızın Amerika ilə yanaşı İran millətinin yanında durmasının vaxtı gəlib çatıb. Daha doğrusu, Avropanın nüvə sazişindən (“Bərcam”dan) çıxaraq, İran rejiminə maksimum təzyiq göstərmək məqsədilə Amerikaya qoşulmasının vaxtı çatıb”.

 

Pens həmçinin “Sepah”ın baş komandanının canişini Hüseyn Səlaminin yanvarın 28-də Tehranda keçirilən bir toplantıda səsləndirdiyi “Bizim strategiyamız, İsraili dünyanın siyasi coğrafiyasından silib məhv etməkdir” bəyanatını xatırladaraq, rəsmi Tehranı “anti-semitizm”ə rəvac verməkdə günahlandırıb: “Bu sözlər mənim üçün anti-semitizmin sadə nişanələridir. Bu sözlər mənə deyir ki, İran qarşısında dayanıb müqavimət göstərməliyəm. Düşünürəm ki, İran İslam Respublikası İsraillə düşmənçilik etməklə yeni bir Xolokost yaratmaq niyyətindədir”.

 

Xatırladaq ki, Pens fevralın 14-də Varşava konfransında çıxışı zamanı Avropa ölkələrini dünyada sülhün və təhlükəsizliyin bərqərar olması üçün nüvə razılşmasından çıxmağa çağırıb. O, İranı Yaxın Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdid adlandıraraq, bildirib ki, dünya İran xalqına və qlobal sülhə dəstək vermək şansını əldən verməməlidir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar