SON XƏBƏRLƏR

Mayk Pens: “Pompeo S.Ərəbistanının neft təsisatlarına hücumlara necə reaksiya verilməsi barədə danışıqlar aparmaq üçün Ər-Riyada gedib”

2021.10.20, 07:36
Mayk Pens: “Pompeo S.Ərəbistanının neft təsisatlarına hücumlara necə reaksiya verilməsi barədə danışıqlar aparmaq üçün Ər-Riyada gedib”

Gunaz.tv

GünazTV: Amerika prezidentinin müavini Mayk Pens sentyabrın 17-də Vaşinqtonda “Heritage” fondunda çıxış edərək ABŞ hökumətinin Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumda İranın rolu barədə mövcud dəlil-sübutları dəyərləndirməsindən danışıb.

 

Pens deyib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Krallığının neft təsisatlarına edilən hücumlara necə reaksiya verilməsi barədə danışıqlar aparmaq üçün Ər-Riyada səfər edib: “Amerika Birləşmiş Ştatları İranın bu hücumlarda rolu barədə mövcud dəlil-sübutları araşdırmaqdadır. Amerika Orta Şərqdə özünün və müttəfiqlərinin maraqlarını müdafiə etməyə hazırdır. ABŞ prezidenti həmin hücumlarla bağlı sənədləri nəzərdən keçirdikdən sonra qarşıdan gələn günlərdə bu məsələyə necə reaksiya verilməsi barədə ən düzgün qərarı verəcək” –deyə Amerika prezidentinin müavini Mayk Pens əlavə edib.

 

Həmin gün Amerikanın müdafiə naziri Mark Esper “Tvitter” səhifəsində yazdığı bir statusda Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumlara münasibət bildirib.

 

 Amerikanın müdafiə naziri Mark Esper

 

 Pens deyib ki, o, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri və hərbi ekspertləri ilə keçirdiyi birgə iclasda bu hücumlarla bağlı məsələni müzakirə edərək son durumla bağlı vəziyyətin nə yerdə olduğu barədə məlumatları prezident Donald Trampın ixtiyarına qoyub: “İran bu hücumlarla beynəlxalq qanunlara zərbə vurub, ona xələl gətirib. Hazırda Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı bu hücumlara necə reaksiya verilməsi ilə bağlı öz müttəfiqləri ilə danışıqlar aparır” –deyə Amerikanın müdafiə naziri Mark Esper vurğulayıb.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar