SON XƏBƏRLƏR

Mayk Pompeo: “Amerika İran neftinə alternativ variantlar tapmaq üçün digər ölkələrə yardım edəcək”

2021.10.20, 07:36
Mayk Pompeo: “Amerika İran neftinə alternativ variantlar tapmaq üçün digər ölkələrə yardım edəcək”

Gunaz.tv

GünAzTV: Sentyabrın 6-da ABŞ müdafiə naziri Ceyms Mattislə birlikdə Yeni Delhiyə səfər edən dövlət katibi Mayk Pompeo hindistanlı həmkarı ilə danışıqlar apardıqdan sonra jurnalistlərə açıqlamasında, Vaşinqtonun İran neftinin satışına qoyduğu sanksiyadan və İrandan neft idxal edən ölkələrdən danışıb.

 

Pompeo bildirib ki, Amerika hökuməti İrandan neft alan bəzi ölkələrə, o cümlədən də Hindistana müvəqqəti olaraq güzəştə gedə, onları Vaşinqtonun sanksiyalarından istisna edə bilər: “Lakin bu ölkələr İran neftinin satışına qoyulan qadağanın icrasına başlandıqdan sonra tədriclə bu ölkədən neft idxalına dayandırmalıdırlar. Aydın məsələdir ki, bəzi alıcıların İran neftindən imtina etməsi üçün vaxta ehtiyacı var. Elə buna görə də, Amerika bəzi istisna halları nəzərə alacaq və İran neftinə alternativ variantlar tapmaq üçün digər ölkələrə yardım edəcək.

 

Biz istəyirik ki, İrandan neft alışı sıfıra endirilsin. Əks təqdirdə bu qadağalara riayət etməyən ölkələr cəzalandırılaraq Vaşinqtonun sanksiyalarına məruz qalacaqlar”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar