SON XƏBƏRLƏR

Mayk Pompeo: “Cinayətkar İran rejimi son kütləvi etirazlarda 5 min nəfəri həbs edib”

2021.10.20, 07:36
Mayk Pompeo: “Cinayətkar İran rejimi son kütləvi etirazlarda 5 min nəfəri həbs edib”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo iyunun 22-də şəxsi “Twitter” səhifəsində yaydığı bir neçə postda, İranda insan hüquqlarının kobud şəkildə pozulması hallarını, İran rejiminin millətin sərvətini talayaraq terrorizmə dəstəyə və bölgədə baş verən müharibələri qızışdırmağa sərf etməsini kəskin tənqid edib.

 

Yaydığı postlara İran rejimini “cinayətkar” adlandıran Pompeo bildirib ki, İran İslam Respublikasının ölkədə dinc fəallara, qadınlara, dərvişlərə, əkinçilərə, milli və dini azlıqlara qarşı təzyiqi davam edir: “Bu ilin yanvar ayında İranın 100-dən çox şəhərində başlamış kütləvi etirazlarda 5 min nəfər həbs edilib. Bundan başqa, ölkədə baş verən sonrakı etirazlarda yüzlərlə dərviş, onlarla ətraf mühit fəalı, məcburi hicaba qarşı çıxaraq baş örtüklərini açan 30 qadın, 400 dinc aksiyaçı Əhvazda, 30 əkinçi isə İsfahanda tutularaq həbsə salınıb. Bütün bunları cinayətkar İran rejimi həbs edib. Halbuki İran xalqının insan hüquqlarına riayt olunmalıdır. Bu onların haqqıdır və buna layiqdirlər.

 

Bundan başqa, hazırda İran gənclərinin 30 faizi işsizdir. İranın fasid və korrupsiyaşmış rejimi, iranlı ailələr ciddi məişət problemləri ilə üz-üzə qalıb sıxıntı içində yaşadığı bir vaxtda, ölkənin millə sərvətini yağmalayaraq bölgədə baş verən müharibələrə sərf edir. Bu isə təəssüfləndiricidir”.

 

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, 2017-ci il, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və qısa bir zamanda kütləviləşərək, ölkənin 105 şəhərini bürüyüb.

 

 

İki həftədən çox davam edən kütləvi etirazlarda, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin xarici siyasətinə, axund Xamneyiyə və prezident Həsən Ruhaniyə qarşı “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda onlarla dinc aksiyaçı polis və təhlükəsizlik qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində həlak olub, bir neçəsi həbs edildikdən sonra işgəncələr altında öldürülüb, 5000-ə yaxın aksiyaçı tutularaq zindanlara salınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar