SON XƏBƏRLƏR

Mayk Pompeo: “İran İslam Respublikası dünya və Amerikaya qarşı bir təhdiddir”

2021.10.20, 07:36
Mayk Pompeo: “İran İslam Respublikası dünya və Amerikaya qarşı bir təhdiddir”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 31-də “FoxNews” telekanalına açıqlamasında İranın dünya birliyinə və Amerikaya qarşı təhlükə və təhdidindən danışıb.

 

İranın regionun sabitliyini pozmaq istiqamətində yürütdüyü dağıdıcı siyasətinə toxunan Pompeo bildirib ki, Tramp hökuməti İran təhlükəsinin qarşısını almaq üçün bir sıra uğurlu qərarlar həyata keçirib: “Bu gün, İran İslam Respublikası dünyaya və Amerikaya qarşı bir təhdiddir. Amerikanın keçmiş hökuməti, (Barak Obama hökuməti) dünyada terrorizmin ən böyük himayədarı sayılan İranla Orta Şərq regionunda tərəfdaş olmağa qərar vermişdi. Lakin biz bu qərarı və bu tendensiyanı kökündən dəyişdik. Çünki hesab edirik ki, İran bizə və dünya birliyinə qarşı ciddi bir təhdiddir.

 

Bundan başqa, biz, İsrail və ərəb ölkələri ilə əlaqələrimizi genişləndirərək, İrana qarşı beynəlxalq bir koalisiyanın yaranması məqsədilə onları bir-birinə yaxınlaşdırdıq. Elə bir koalisiya ki, Orta Şərqdə baş verənlər qarşısında amerikalıların təhlükəsizliyini təmin edə bilsin.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar