Mayk Pompeo: “İranın təhdidləri qarşısında regional müttəfiqlərimizin təhlükəsizliyini qoruyacağıq”

2020-10-15 13:37

ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 14-də Vaşinqtona səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında İranın Orta Şərq ölkələrinə, o cümlədən də Ər-Riyada qarşı apardığı təxribat xarakterli fəaliyyətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Pompeo deyib ki, Vaşinqton və Ər-Riyada İranın Orta Şərq regionunda, xüsəsən də körfəzdəki dağıdıcı fəaliyyətlərinin qarşısını almaq üçün öhdəlik götürüblər: “Heç kəsə sirr deyil ki, İranın dağıdıcı və təxribat xarakterli rəftarı Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid edir və dünya ticarətinə xələl gətirilməsinə səbəb olur.


Ötən ilin payızında İranın ballistik raketlərinin Səudiyyə Ərəbistanının neft təsisatlarını buraxılması və husilərin İrandan aldıqları raket, pilotsuz uçan aparat və digər öldürücü silahlarla ardıcıl olaraq Səudiyyə Ərəbistanın ərazisinə bombalı hücumları hamıya bəllidir. 


Biz bu gün İranın regionun təhlükəsizliyinə qarşı yönəlmiş dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün üzərimizə götürdüyümüz öhdəliyə bir daha təkid edir, bildiririk ki, Vaşinqton İranın təhdidləri qarşısında özünün regional müttəfiqlərinin təhlükəsizliyini qoruyacaq, onlara dəstək verəcək” -deyə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo əlavə edib.


Mətbuat konfransında həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İran təhdidinə toxunaraq deyib ki, İranın apardığı nüvə və raket proqramı region üçün böyük bir təhdiddir: “Səudiyyə Ərəbistanı keçmişdə olduğu kimi, bundan sonra da İranın regionun təhlükəsizliyinə qarşı yönələn və bölgədə sabitliyi pozan hər hansı bir təxribat xarakterli addımı qarşısında duracaq” -deyə, Feysəl bin Fərhan bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28

gun az article

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

2021-07-28

gun az article

Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə dəvət edir"

2021-07-28

gun az article

Tehran İbrahim Rəisinin andiçmə mərasiminə hazırlaşır: Hava limanları fəaliyyətini dayandıracaq

2021-07-28

gun az article

SEPAH-dan müdhiş kiber hücum planı- Nüfuzlu telekanaldan xəbərdarlıq

2021-07-28

gun az article

Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir

2021-07-28

gun az article

Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin adları açıqlandı

2021-07-28

gun az article

Tehranda yeni qəbiristanlıqların salınmasına dair qanun layihəsi təsdiqlənib

2021-07-28

gun az article

İsfahan da su üsyanına qalxdı: Baharistanda Xamneyinin banneri yandırıldı - VİDEO

2021-07-28