SON XƏBƏRLƏR

Mayk Pompeo: “İslam Respublikası İran millətinin istədiyi bir sistem deyil”

2021.10.20, 07:36
Mayk Pompeo: “İslam Respublikası İran millətinin istədiyi bir sistem deyil”

Gunaz.tv

GünAzTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo iyulun 25-də Amerika Senatının xarici əlaqələr komitəsində çıxış edərək İranın iflasa uğramış radikal rejimindən, onun çökməkdə olan ağır iqtisadi durumundan və İran millətinin hakim rejimlə bağlı verəcəyi son qərarından danışıb.

 

Pompeo deyib ki, hazırda İran milləti sonsuz iqtisadi problemlərlə üz-üzə qalıb və ölkədə mövcud ağır durumun aradan qaldırılması, İran millətinin verəcəyi son qərarından asılıdır: “Bu gün, İranda sonsuz iqtisadi problemlər yaşanmaqdadır. Lakin İran rejiminin hazırda yürütdüyü siyasətini nəzərə alaraq, hesab edirəm ki, ölkənin indiki iqtisadi quruluşu bu problemləri aradan qaldırmağa qadir deyil.

 

İran rejiminin Livan “Hizbullah”ı ilə İraq və Yəməndəki yaraqlı dəstələr vasitəsinə terrorizmə dəstək verməsi, xarici ölkələrdə terrora əl atması və Bəşər Əsədi himayə etməsi İran millətinə çox baha başa gəlib. Hesab edirəm ki, islam iespublikası İran millətinin istədiyi sistem və hakimiyyət modeli deyil. İran milləti yavaş-yavaş bunu dərk etməyə başlayır. Bir sözlə, İranın dini liderinin və “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin regionda yürütdüyü  eksponsionist siyasəti İran milləti tərəfindən qəbul edilmir.

 

Hazırda biz İran rejiminin yürütdüyü bu düşünülməmiş siyasətinin fəsadlarının şahidi oluruq. Düşünürəm ki, İran millətinin rejimin mahiyyəti ilə bağlı biliyinin gündən-günə artması, sonunda onun hakimiyyətlə bağlı son qərarını verməsinə gətirib çıxaracaq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar