SON XƏBƏRLƏR

Mayk Pompeo: “Tramp nüvə sazişindən çıxmaq barədə hələ qəti qərara gəlməyib”

2021.10.20, 07:36
Mayk Pompeo: “Tramp nüvə sazişindən çıxmaq barədə hələ qəti qərara gəlməyib”

Gunaz.tv

GünAzTV: Aprelin 27-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısına qatılan ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında Amerika hökumətinin İranla bağlanmış nüvə sazişində (“Bərcam”da) qalıb-qalmayacağından danışıb.

 

Pompeo bildirib ki, əgər nüvə sazişinin şərtlərinə düzəlişlər edilməsə, ABŞ prezidenti Donald Trampın belə bir razılaşmada qalmağa fikri yoxdur: “Amerika prezidenti bu saziş və ondan çıxmaq barədə qəti qərara hələ gəlməyib. Bizim komanda bu məsələ üzərində işləyir. Əminəm ki, Trampın sazişə düzəlişlər edilməsi ilə bağlı tələbi əsasında qarşıda bizi müxtəlif müzakirələr gözləyir.

 

Bildirirəm ki, əgər indiki nüvə sazişinə ciddi düzəlişlər edilməsə və ondakı çatımazlıqlar aradan qaldırılmasa, Amerika bu razılaşmada qalmayacaq”.

 

Xatırladaq ki, Amerika prezidenti bundan əvvəl bildirib ki, əgər mayın 12-ə qədər nüvə sazişində müəyyən dəyişikliklər aparılmasa və ona lazımi düzəlişlər edilmə, İrana qarşı əvvəlki sanksiyalar yenidən bərpa ediləcək.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar