SON XƏBƏRLƏR

Mayk Pompeo: “Tramp Xamneyi ilə görüşməyə hazırdır”

2021.10.20, 07:36
Mayk Pompeo: “Tramp Xamneyi ilə görüşməyə hazırdır”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo sentyabrın 23-də jurnalistlərə açıqlamasında prezident Donald Trampın İran rəhbərləri ilə üz-üzə görüşüb danışıqlar aparmağa hazır olmasından danışıb.

 

Trampın, BMT Baş Assambleyasının növbəti toplantısına qatılmaq üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani ilə görüşünün mümkünlüyünə toxunan Pompeo bildirib ki, İranın həqiqi rəhbəri Ruhani yox, Əli Xamneyidir: “Mən hələ bilmirəm ki, prezidentimizin onlarla (İran rəhbərləri ilə) görüşməyə hər hansı bir planı var ya yox. İranla hər hansı bir konstruktiv danışıqlar aparmaq əlbəttə ki, prezident Trampı sevindirəcək və buna imkan yaranarsa, o mütləq bu müzakirələrə qatılacaq.

 

Lakin bir məsələni nəzərə almaq lazımdır. O da budur ki, İranın əsl və həqiqi rəhbəri ayətullah Xamneyidir. Ölkəni idarə edən də odur. Elə buna görə də düşünürəm ki, onunla danışıqlar aparılması daha mühüm və maraqlı ola bilər. Tramp buna hazırdır. Amerika prezidenti bildirib ki, konsruktiv danışıqlar aparmaq istəyən hər bir şəxslə görüşüb müzakirələr aparmağa hazırdır”.

 

 

Qeyd edək ki, bundan əvvəl prezident Tramp İran rəhbərləri ilə qeydsiz-şərtsiz müzakirələr aparmağa hazır olduğunu bəyan edib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar