Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

08.12.2021, 15:01

"Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair qərarını insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm".

Gunaz.tv Quote | Gunaz article

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Ədalət Məhkəməsinin dekabrın 7-də qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanda azərbaycanlara qarşı irqi nifrəti təşviq edən 

halların qadağan edilməsi vəsatəti ilə müraciət edib: "Təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunub. 

Məhkəmənin 2021-ci il oktyabrın 14-dən 19-dək olan dinləmələrindən sonra qəbul etdiyi qərarında əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırığı öz əksini tapıb. 

İnanırıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görüləcək". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda öldürülən daha bir yeniyetmənin kimliyi bəlli olub

2022-10-07

gun az article

Həmədanda 700 etirazçı həbs edilib

2022-10-07

gun az article

Güneyli milli fəal Yusif Kari Ərdəbildə saxlanılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəal Firuz Moini saxlanılıb

2022-10-06

gun az article

“Görüş”də müzakirə: “Güney Azərbaycanda təşkilatlanmanın önəmi”-VİDEO

2022-10-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"- Ərdəbilin Balıqlı çay körpüsü üzərində plakat asılıb

2022-10-06

gun az article

Azərbaycanın Tehrandakı səfiri Xoy zəlzələsi ilə bağlı paylaşım edib

2022-10-06

gun az article

Sulduzda həbs edilən fəallardan xəbər yoxdur

2022-10-06

gun az article

Güney Azərbaycanda qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir

2022-10-06

gun az article

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya müvəqqəti sərbəst buraxılıb

2022-10-06

gun az article

Həbsdə olan təbrizli fəal Mehdi Həmidi Şəfiq qeyri-müəyyən şəraitdə saxlanılır

2022-10-06

gun az article

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəallar zindana köçürülüb

2022-10-06

gun az article

Təbrizli müəllim həbs edilib

2022-10-06

gun az article

“Görüş” verilişində müzakirə: “İranda etirazlar davam edir" və "Hədis Nəcəfi" -VİDEO

2022-10-05

gun az article

Xoyda yenidən zəlzələ baş verib: Yeraltı təkanlar Təbrizdə də hiss olunub

2022-10-05

gun az article

Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

2022-10-05

gun az article

Urmuda çörək qıtlığı yaranıb

2022-10-05

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və Milli Hərəkata qarşı təxribatlar” - VİDEO

2022-10-05

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazılıb

2022-10-05