Ombudsman: "Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir"

03.10.2022, 09:03

"Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir".

Gunaz.tv Quote | Gunaz article

 Bu fikir Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin üzvləri davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törətmiş, bu kimi cinayətləri hələ də törətməkdə davam etməkdədir:

"Son günlər sosial şəbəkələrdə yayılmış videolarda erməni hərbçiləri tərəfindən həlak olmuş azərbaycanlı hərbçilərə münasibətdə törədilən qeyri-insani əməllər deyilənləri bir daha sübut edir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərinin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar mövcuddur. 

Vətən müharibəsi dövründə bir sıra sosial şəbəklərdə hərbi qulluqçularımıza qarşı törədilmiş müharibə cinayətlərini əks etdirən həmin videolarla bağlı faktlar Ombudsman tərəfindən toplanaraq müraciət, bəyanat və hesabatlar formasında beynəlxalq təşkilatların diqqətinə çatdırılmış və bu proses müntəzəm şəkildə davam etdirilməkdədir. 

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərinin qarşısını almaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır".

"Təəssüflər olsun ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirmir. 

Bu faktları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, Ermənistanın Azərbaycana qarşı törədiyi sülh və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq", - məlumatda vurğulanıb. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı nazir həbs edilən etirazçıların xarici ölkələrin vətəndaşları olduğunu iddia edib

2022-12-01

gun az article

Tibb işçilərinin İrandan xaricə axını artıb

2022-12-01

gun az article

Fransa Parlamentinin aşağı palatası da Azərbaycana qarşı Qətnamə qəbul etdi

2022-11-30

gun az article

XİN rəhbəri: Ermənistan öhdəliklərini yerinə yetirmir, normallaşma prosesinə maneçilik törədir

2022-11-30

gun az article

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

2022-11-30

gun az article

İranda öldürülən etirazçıların sayı açıqlanıb

2022-11-30

gun az article

Mühacir iranlılar Kaliforniyada aclıq aksiyası keçirib

2022-11-30

gun az article

İranın Bəndər Abbas şəhərində məhkum edam edilib

2022-11-30

gun az article

Ukraynada 20 mindən çox mülki şəxs həlak olub, ölkəyə 600 milyard avro ziyan dəyib

2022-11-30

gun az article

İranda həbsdə olan belçikalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Britaniyanın baş naziri İrandakı etirazlara münasibət bildirib

2022-11-30

gun az article

Çin nüvə başlıqlarının sayını 4 dəfə artıracaq

2022-11-30

gun az article

İran parlamenti etirazçılara qarşı cəzanı sərtləşdirməyi planlaşdırır

2022-11-30

gun az article

"İranın BMT-nın Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması dekabrın 14-də səsə qoyulacaq"-"Reuters"

2022-11-30

gun az article

“Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

2022-11-29

gun az article

KİV: “NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”

2022-11-29

gun az article

İranda 3 yəhudi həbs edilib

2022-11-29

gun az article

Çavuşoğlu: Ukraynanın ədalətli sülhə ehtiyac var, Türkiyə buna çalışır

2022-11-29

gun az article

İsrail və Amerika "İrana hücum" təlimi keçirir

2022-11-29

gun az article

Kayli Mur Gilbert: "İslam Respublikası Avstraliyaya nüfuz edib"

2022-11-29