SON XƏBƏRLƏR

Məddahlardan biri məhərrəmlik mərasimlərinə qoşulmadıqlarına görə Təbriz əhalisini təhqir edib – VİDEO

2021.10.20, 07:36
Məddahlardan biri məhərrəmlik mərasimlərinə qoşulmadıqlarına görə Təbriz əhalisini təhqir edib – VİDEO

Gunaz.tv

GünAz TV: Sosial şəbəkələrdə sözdə Əhli-beyt məddahının Təbriz əhalisini təhqir edən videosu yayılıb.

 

Videoda göründüyü kimi, məddah şəhər əhalisini məhərrəmlik mərasimlərinə qatılmadığı üçün təhqir edib.

 

O, şəhərdə xiyabanların bağlanması və səs-küyə etiraz edənlərin ünvanına aşağılayıcı ifadələr işlədib.

 

“Bizə etiraz edənlər kor olsun. Biz təkcə burada deyil, günahkar şəhərin (Təbriz) hər yerində mərasim keçirəcəyik. Bu günahkar şəhər biz mərasim keçirənlərə adət etməlidir. Elələri var ki, uşağını satır və belə mərasimlər təşkil edir. Hər kəs nə deyir desin, biz ərbabımızın (İmam Hüseyn) adı ilə yaşayırıq. Bu, hələ heç nə deyil. Mən həyatımı satıb ərbabıma mərasim keçirərəm. Onlar nadandır, bilməzlər İmam Hüseyn kimdir...”- deyə məddah təhqiramiz sözlərinin bir hissəsində qeyd edib.

 

Sosial şəbəkə istifadəçiləri insanları istirahət vaxtında narahat etdiyinə görə, məddahı öz yerini bilməyən bir şəxs adlandırıblar.

 

Bu videonun yayılması GünAz TV-nin onu təsdiq və ya rədd etməsi mənasına gəlmir, sırf Azərbaycan əhalisinə xəbər çatdırmaq məqsədi güdür.

 

Məddahın dilə gətirdiyi təhqiramiz sözlərini öz dilindən eşidə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=25&v=peAbNXEUSng

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar