Mədəni fəal Əli Əzizi Apellyasiya Məhkəməsi tərəfindən cərimə ödəməyə məhkum edilib

2021-02-14 10:23

Urmulu mədəni fəal Əli Əzizi Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən məhkəmə işinin birinci və ikinci ittihamına görə bütövlükdə 3 milyon tümən nağd cərimə ödəməyə məhküm edilib.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən Ə.Əzizinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə, Cinayət Prosessual Qanununun 455-ci, İslami Cəza Qanununun 120-ci və Konstitusiyanın 37-ci maddələrinə istinadən azərbaycanlı fəala “GAMAC təşkilatına üzv olmaq” ittihamında bəraət verilib.

 

Fəal “İslam Respublikası sisteminə qarşı təbliğat” ittihamına görə isə 3 aylıq həbs cəzasına qarşılıq olaraq 3 milyon tümən nağıd cərimə ödəməyə məhlum edilib.

 

Məhkəmə işinin ikinci bölümündə “ictimai rəyi təhrik etmək məqsədi ilə internetdə yalan yaymaq” ittihamına görə, Cinayət Prosessual Qanunu 2013-cü ildə təsdiq edilmiş 455-ci maddəsinin A bəndinə əsasən Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 6-cı şöbəsi Əli Əzizinin dövlət xəzinəsinə 10 milyon riyal(1 milyon tümən) nağd cərimə ödəməsi barədə qərar verib.

 

Bundan öncə Ə.Əzizi “İslam Respublikası sisteminə qarşı təbliğat” ittihamına görə 1 il, “GAMAC-a üzv olmaq” ittihamına görə 5 il həbs cəzasına, “ictimai rəyi təhrik etmək məqsədi ilə internetdə yalan yaymaq” ittihamına görədə 10 milyon riyal nağd cərimə ödəməyə məhkum olunmuşdur.

 

Xatırladaq ki. Əli Əzizi 23 fevral 2020-ci il tarixində Urmu şəhərindəki ata evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Martın 2-də dindirilmə prosesinin bitdiyindən sonra Təbriz ETTELAAT idarəsinin təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb. O, 25 mart 2020-ci ildə məhkəmə işinin yekunlaşmasına qədər zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16