Milli fəalın yeri dəyişdirildi: Mehrdad Şeyxi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb

2021-03-19 11:01

Milli mədəni fəal Mehrdad Şeyxi martın 18-i axşam saatlarında ailəsi ilə telefon əlaqəsi qura bilib.

Gunaz.tv Quote | Gunaz article

Telefon danışığı zamanı o, Ərdəbil Mərkəzi Həbsxanasının 7-ci karantin bölməsinə köçürüldüyünü bildirib.

Qeyd edək ki, tanınmış siyasi məhbus, 15 il həbs cəzasına məhkum edilmiş Abbas Lisani də həmin  bölmədə saxlanılır.

Bundan öncə o, “cinayətlərin ayrılması prinsipi”nə zidd olaraq həbsxananın narkotik istifadəçilərinin saxlanıldığı 4-cü bölməsinə köçürülmüşdü.

Xatırladaq ki, milli mədəni fəal Mehrdad Şeyxi  fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yollanıb.

Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

O, 2019-cu il, noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi bu müddəti  6 aya endirib. 
 
Xatırladaq ki, Mehrdad Şeyxi milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi hal-hazırda Tehranın “Evin” zindanının 8-ci bəndində saxlanılır. Milli fəala Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatıldığı üçün 2 illik həbs cəzası verilib. 

  

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15

gun az article

Qərbi Azərbaycanda namizədlərin milli geyimli təbliğat banerləri yığışdırılıb-FOTO

2021-06-15

gun az article

Zənganlı ovçu barədə edam hökmü verilib

2021-06-15

gun az article

Həmədanlı hakim beynəlxalq yarışı idarə edəcək

2021-06-15

gun az article

Təbriz-İrəvan aviareysi açılır

2021-06-15

gun az article

Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15

gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14

gun az article

Güneyli məhbus qardaşlar Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb

2021-06-14